“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər - SƏBƏB

Tarix 16.07.25, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Liberal Demokrat Partiyası (LDPR) Rusiyaya daxil olan bütün əmək miqrantları üçün meninqokok infeksiyasına qarşı məcburi peyvənd olunması təşəbbüsü ilə çıxış edib.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının deputatı və partiyanın lideri Leonid Slutski məlumat verib.

"İcazəsi olmayan xarici vətəndaşlar və onların övladları ölkəmizə səyahət edir və infeksiya yuvasına çevrilirlər. LDPR çoxdan deyir ki, bu axını dayandırmaq lazımdır", - deyə siyasətçi bildirib.

Fraksiyanın deputatları "Rospotrebnadzor"a peyvəndlənmənin birbaşa ölkə sərhədində xarici vətəndaşların öz vəsaitləri hesabına aparılması təklifi ilə müvafiq müraciət göndərməyi planlaşdırırlar.

Xatırladaq ki, Rusiyada meninqokok infeksiyasına yoluxma hallarında kəskin artım qeydə alınıb. İnfeksiyanın yayılmasının səbəblərindən birinin əmək miqrasiyasının artması olduğu bildirilir. Mütəxəssislərin fikrincə, 2025-ci ilin ilk beş ayında ölkədə bu xəstəliyə 1 266 yoluxma halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 260% çoxdur.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap