| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Müasir futbolda “yeni reallıq“: “Qoca“ futbolçuların artan dəyəri
Tarix 01.02.26, 18:50 |
|
Əvvəllər futbolçu üçün yaş anlayışı mübahisə mövzusu belə deyildi. 30 yaşdan sonra eniş başlayır, 33-35 aralığında isə karyeranın başa çatması az qala qaçılmaz görünürdü. Klub rəhbərləri bu yaşdan yuxarı futbolçulara risk kimi yanaşır, azarkeşlər isə artıq həmin oyunçulara keçmişin xatirəsi kimi baxırdı. Futbolun yazılmamış qanunları vardı və onlardan biri də "yaşlı futbolçu ilə plan qurulmaz" prinsipi idi. Bir qədər qəribə görünsə də, bu gün futbol bu qanunları pozmaqdadır. Daha doğrusu, oyun dəyişib və onunla birgə yaş anlayışı da bir qədər fərqli mənaya malikdir.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Paradoksal reallıq
Bu gün futbol klublarında 38-40 yaşında futbolçu görmək artıq sensasiya deyil. İndi əsas məsələ oyunçunun neçə yaşında olması yox, meydanda nə etdiyidir: oyuna nə qatır, komanda üçün hansı funksiyanı yerinə yetirir, hansı anlarda fərq yaradır.
41 yaşlı Luka Modriçin hələ də "Böyük beşlik"də çıxış etməsi, "Milan" kimi klubda əsas heyətin dəyişməz üzvü olması, oyunun ritmini müəyyən etməsi bunun ən bariz nümunəsidir. 39 yaşlı Lionel Messinin tempi əvvəlki illərlə müqayisədə aşağı düşsə belə, qərarvermə keyfiyyəti ilə hələ də oyunun taleyini dəyişə bilməsi, 41 yaşlı Kriştiano Ronaldonun fiziki durumunu gənc futbolçularla müqayisə ediləcək səviyyədə saxlaması və qollarını sıralaması da eyni məntiqin davamıdır.
Bu futbolçular sadəcə "hörmət naminə" meydanda qalmırlar. Onlar komandalarının oyun sistemində aparıcı fiqurlardır, taktiki planların mərkəzində dayanırlar. Ən vacibi isə təcrübələri hesabına həlledici anlarda məsuliyyəti üzərlərinə götürməyi bacarırlar. Məhz bu səbəbdən 41 yaşında "Portu" kimi ambisiyalı bir kluba keçən Tyaqo Silva müasir futbol reallığının istisnası təsiri bağışlamır.

Paradoks ondadır ki, futbol tarixinin ən sürətli dövrünü yaşayırıq. Oyun tempi yüksəlib, pressinq daha aqressiv xarakter alıb, meydanda boş zona anlayışı demək olar ki, yoxdur. Məntiqlə bu vəziyyətdə futbolçuların daha tez sıradan çıxacağı gözlənilərdi. Amma reallıq tam əksini göstərir. Futbolçular daha gec tükənir, pik formalarını daha uzun müddət qoruyub saxlaya bilirlər.
Mütəxəssislər hesab edirlər ki, "futbolçu ömrü"nün uzanması təsadüfi deyil. Düzgün planlama, yüklənmənin balanslaşdırılması, bərpa proseslərinə verilən önəm, qidalanma və fərdi hazırlıq proqramları bunun əsas səbəbləridir.
Atlet futbolçular
Əvvəllər futbolçu daha çox məşq meydanında gördüyü işlə qiymətləndirilirdi. Kim daha çox qaçır, fiziki göstəricilərinə görə məşqdə fərqlənirdisə, o da ön plana keçirdi. Bu gün isə oyunçunun performans anlayışı daha fərqli mənaya malikdir. Hər bir futbolçu tam bir atletdir. Onun yuxu rejimi, qidalanması, bərpa prosesi, hətta gündəlik həyat tərzi performansın tərkib hissəsinə çevrilib. Mövsüm bitəndən sonra tam istirahət anlayışı demək olar ki, yoxdur. Çünki il uzunu turnirlər bir-birini əvəz etdiyi üçün futbolçunun istirahətə çox az vaxtı qalır. Proses fasiləsiz davam edir və bədən nəzarətsiz buraxılmır. Peşəkarlarla çalışan futbolçu artıq hansı həddə qədər yüklənə biləcəyini və harada dayanmalı olduğunu bilir. Bu yanaşma yaş faktorunu tədricən arxa plana keçirir. Artıq məsələ həmin yaşda bədənin hansı vəziyyətdə olmasıdır.

Bugünkü futbolu müasir idman təbabətindən ayrı təsəvvür etmək mümkün deyil. Bir vaxtlar karyeranı bitirən diz və əzələ zədələri indi düzgün reabilitasiya ilə daha idarə olunan prosesə çevrilib. Diaqnostika daha dəqiqdir, bərpa proqramları fərdidir, risklər əvvəlcədən hesablanır. Bu da oyunçuların daha uzun müddət üst səviyyədə oynamasına imkan yaradır.
Sürət də artır, ağıl da
Yaşlı futbolçuların müasir futbolda qalmasının əsas səbəblərindən biri də oyunun taktiki baxımdan inkişaf etməsidir. Bugünkü futbol artıq təkcə fiziki mübarizə üzərində qurulmur. Mövqe seçimi, oyunun gedişatını oxuma bacarığı, doğru anda doğru qərar vermək bir çox hallarda sürətdən daha həlledici amilə çevrilib.

Futbol əvvəlkindən daha sürətli, daha çox qaçılan bir oyundur. Amma eyni zamanda futbol əvvəlkindən daha çox düşünülən oyuna çevrilib. Bu da təcrübənin dəyərini artırır. Müasir oyunda nəticəni düzgün qərarlar müəyyənləşdirir. Məhz bu səbəbdən yaşlı futbolçular bu tempin içində hələ də özlərinə yer tapa bilirlər.

Müasir oyunda 40 yaşında futbolçu görmək artıq istisna hesab olunmamalıdır. Bu, yeni normadır və atletin öz fiziki formasına sistemli yanaşmasının nəticəsidir. İdman elmi, tibbi imkanlar, taktiki dəyişiklik və peşəkar həyat tərzi birlikdə futbolçuların oynama müddətini uzadıb. Azarkeşlər üçün isə bundan daha xoş reallıq yoxdur. Onlar sevdikləri futbolçuları daha uzun müddət iş başında görə bilirlər.
Xəbərin oxunma sayı : 1069
İdman
Xəbərlər
-
Azərbaycan onlarla ölkə ilə danışıqlar aparır - Detallar açıqlandı
-
Bacıoğlunun köməyi ilə Tovuz sakininin yarım milyonluq qızılı oğurlandı - Maşın aldılar, qumarda uduzdular
-
Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi - Sərəncam
-
Tələbələrin fotolarını yaydığı üçün saxlanılan şəxs barəsində cinayət işi başlanılıb - VİDEO
-
Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Hoteldəki faciəyə görə ayrıca cinayət işi ayrılıb - Mehdiyevlər dindirilib
-
Martda temperatur iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
-
Azərbaycanın hotellərinin gəliri açıqlandı: 536 milyon...
-
Kredit götürmək və əmanət yerləşdirmək üçün ən sərfəli bölgələr hansılardır? - SİYAHI
-
Türkiyədə ağır qəza - Azərbaycan vətəndaşı öldü
-
Prezident Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTOLAR
-
Qanunsuz lizinq, yüksək faiz - “Avto Kredit” qanunları necə pozur?
-
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq - Sərəncam
-
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
-
Sabiq deputatdan rektor Rüfət Əzizovu ifşa etdi: Müdriklik etmək istəyirsənsə...
-
“Kürdlərsiz türk, türklərsiz kürd ola bilməz” - Öcalandan tərəfdarlarına çağırış
-
Bu “xırda“ məmurlar büdcədən 244 min manat talamışdılar - Geri qaytardılar
-
Xocalıda soyqırımı qurbanlarının anılması dövlətimizin gücünün və qüdrətinin bariz göstəricisidir
-
Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi - FƏRMAN
-
“Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər” - Deputat
-
Xüsusi qaydalar üzrə sertifikasiya aparılacaq - Qanun
-
“Azəriqaz“da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i “kəsilib“
-
Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat: Elxan Əsədov saxlanıldı
-
İranla sərhəddə qaçaqmalçılar atəş açaraq qaçıblar - FOTO
-
ABŞ-da azərbaycanlı tələbə saxlanıldı - Mamdani Trampa zəng vurdu
-
Sığorta sistemində yeni mərhələ: SSN ləğv edilir
-
Xocalı Soyqırımı Memorialı xalqın mənəvi dirənişinin simvoludur
-
Pensiya və ortaaylıq əməkhaqqı artacaq? - VİDEO
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
Yük avtomobili qatara çırpıldı, sürücü xəsarət aldı - VİDEO
-
Prezident Abiy Əhməd Əli ilə təkbətək görüşdü - Fotolar
-
Akopyan hökumət iqamətgahını tərk edir - Paşinyandan açıqlama
-
Masazırda tikinti qalmaqalı: Evlər arasında “bir qarış“ məsafə - VİDEO
-
“ABŞ-ın İrana hücumu regionda uzunmüddətli münaqişəyə səbəb olmayacaq“ - Vens
-
Pakistan Talibana qarşı açıq müharibə elan etdi: Kabil bombalandı
-
Efiopiyanın Baş naziri Fəxri xiyaban və Zəfər parkında - Fotolar
-
Nikah dövründə alınan mənzil boşanmadan sonra mübahisə mövzusu oldu - VİDEO
-
ABŞ “Lukoil“un beynəlxalq aktivlərinin satışını ləngidib - “Reuters“
-
Meyxanaçı Vahid Qədim Rusiya-Ukrayna döyüşlərində itkin düşüb? - Onunla əlaqə kəsilib
-
Yeni quraşdırılan “ağıllı işıqforlar“ın üstünlüyü nədir? - VİDEO
-
Böyük Qayıdış davam edir - Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb
-
Xocalı Soyqırımı Memorial Kompleksi bu faciəni heç vaxt unutdurmayacaq bir abidə olacaq
-
Xocalı soyqırımını və Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa cinayətləri unutmayacağıq
-
Nişanlısından ayrılan İrəm Dericidən paylaşım - FOTO
-
Məhəmməd Salahın gələcəyi bəlli olur: Ya Səudiyyə Ərəbistanı, ya “Liverpul“
-
Ramazanın doqquzuncu günü - İmsak və iftar vaxtları
-
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
-
Azərbaycanda orta aylıq iş saatları artan sahələr - SİYAHI
-
Prezident Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşıb - VİDEO
-
Sabunçu rayonunda su xətti partladı, aidiyyəti qurumlar məsələyə baxmır - ŞİKAYƏT
-
Bakının mərkəzində 118 il yaşlı tarixi bina qəzalı vəziyyətdə - VİDEO
-
“Kuba istənilən təcavüzdən qətiyyətlə müdafiə olunacaq“ - Migel Dias-Kanel
-
Vaşinqtonda İlham Əliyevə qarşı təxribatın iştirakçıları müəyyən edildi - SİYAHI
-
Ağdərənin 4 kəndi elektrik enerjisi ilə təmin ediləcək - 3 milyonluq layihə
-
Davos Forumunun prezidenti istefa verdi - “Epşteyn işi” ilə bağlı
-
Ermənistan NATO ölkəsi Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb - KTMT üzvü ola-ola...
-
“Nar” və AzTU rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi - FOTOLAR
-
ABŞ-a məxsus ən böyük aviadaşıyıcı gəmi İrana yaxınlaşır - Geniş hərbi plan iddiası
-
Bakıda qara çörək bahalaşır: Səbəb kəpək ununun qiymətidir?
-
İqtisadi Şuranın iclası keçirilib - Nələr müzakirə olunub?
-
Xocalı qətliamını heç vaxt unutmayacağıq - Ərdoğan
-
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Həyətində kabab bişirdi, qonşusu şikayət etdi - Cərimə olundu
-
“Türkiyə hər zaman Can Azərbaycanın yanındadır“ - Hakan Fidan
-
DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andılar - FOTO/VİDEO
-
Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük - İlham Əliyev
-
İcra nümayəndəsi Buzovnada qanunsuz obyekt tikir? - RİH və nümayəndəlik susur
-
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
-
Paytaxtın bu ərazisində 20 min ev söküləcək - XƏBƏRDARLIQ
-
İlham Əliyev Ərdoğana zəng edib - Ad gününü təbrik edib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xocalı soyqırımını törədənlərdən beşi Bakıdadır - Cəzalarını alıblar
-
Məhşur universitetin professoru işindən ayrıdlı - “Epşteyn işi“nə görə
-
Ağcabədidə kuryoz hadisə - 22 yaşlı qız onu qaçırmaq istəyəni bıçaqlayıb
-
Baxçalının Ərdoğana doğum günü hədiyyəsi diqqət çəkib - Maraqlı detallar
-
Prezident və Birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında - FOTOLAR
-
İran Azərbaycanla hava məkanınını məhdudlaşdırıb - PUA-lar sərhədboyu...
-
Netanyahu ifadə verməyə çağrılıb - Bu iş üzrə
-
Beyləqanda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olundu - Fotolar
-
Jalə Əhmədovaya cərimə tətbiq olundu - 2 min manat
-
Səhiyyə Nazirliyi 48 aptekdə yoxlama apardı - Nöqsanlar üzə çıxdı
-
Xocalı qatillərinin rüsvayçı aqibəti... - Ordumuz qisasımızı aldı + FOTOLAR
-
2,9 milyonluq tenderin qalibi olan şirkət “qara siyahı“da - Saxta sənəd təqdim edib
-
Azərbaycanda bəzi vətəndaşlara 1000 manat ödəniləcək? - Rəsmi açıqlama
-
Bəzi nazirliklər və komitələr ləğv ediləcək? - İqtisadçı
-
“Müasir dövrdə hələ də belə kəndlər var...” - FOTOLAR
-
Külli miqdarda narkotiki satmaq istəyən keçmiş məhkum ələ keçdi - VİDEO
-
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
-
BDU-nun xanım tələbələri şantaj olunur - Şantaj edən kimdir? + VİDEO
-
“Ermənistanda Rusiya hərbi bazasının bağlanması gündəmdə deyil“ - Paşinyan
-
“Yuventus“u mübarizədən kənarlaşdırdılar - Rekord məbləğdə gəlir qazandılar
-
Müharibəni bir aya bitirin” - Tramp Zelenskidən nə istəyib?
-
“Plastik və estetik əməliyyat etmək üçün 45 həkimə icazə verilib“ - Nazir
-
“Huner Group“ şirkətində elektrik barabanı düşdü - Fəhlə ölüb
-
TƏBİB Səhiyyə Nazirliyinə birləşdiriləcək? - Nazirdən açıqlama
-
Saçları qaynar su ilə yumaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
-
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
-
“ABŞ Rusiya ilə Ukrayna arasında kompromisə nail olmağa ümid edir“ - Vens
-
“İran raketlərinin mənzilini bilərəkdən 2 min km-ə qədər məhdudlaşdırıb“ - Əraqçi
-
Buzların əriməsi imperator pinqvinlərini məhv təhlükəsi ilə üz-üzə qoyur - “Le Monde“
-
Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: MTK-dan şikayət
-
Xocalı soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir
-
Qanla yazılmış qəhrəmanlıq yaddaşı - Xocalı
-
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir - Mehriban Əliyeva
-
Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
-
Premyer Liqa klubu kolumbiyalı oyunçu ilə anlaşdı - RƏSMİ
-
“Tıxac, toz-torpaq, külək…” - Prezident Bakı haqda+Video
-
Qobu 16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? - İDDİA
-
“Xameneiyə qarşı hücum qırmızı xəttimizdir” - “Hizbullah” rəsmisi
-
Prezident Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi - FOTO
-
245 min manat vergi borcu olan “Uniklinika”... - işçilərinin maaşlarını gecikdirirmiş
-
“ABŞ ilə danışıqlarda yaxşı perspektiv görürük“ - Pezeşkian
-
Prezident ailəsi ilə onlara qonaq getdi - FOTOLAR/VİDEO
-
216 nömrəli avtobuslar son dayanacağa niyə getmirlər? - VİDEO
-
Bakıda avtomobil dayanacağı qanunsuz şəkildə bağlanır - VİDEO
-
Polis ağacların kəsilməsinə görə cinayət işi başlatdı - Oğuzda
-
Müqaviləsiz iş, “card to card” ödəniş - EDUNSTAZ nəyi gizlədir?
-
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 34 il ötür
-
İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub - Söhbət edib
TOP 10
ARXİV






