“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Pakistan Talibana qarşı açıq müharibə elan etdi: Kabil bombalandı

Tarix 27.02.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan ordusu Kabilə və Əfqanıstanın bir sıra şəhərlərinə hava zərbələri endirib.

Ölkənin müdafiə nazirliyi Talibana qarşı açıq müharibənin başladığını elan edib.
Pakistan hakimiyyətinin məlumatına görə, zərbələr zamanı azı 133 əfqan yaraqlı öldürülüb, silah-sursat anbarı məhv edilib.

Pakistan Baş nazirinin sözçüsü Müşərrəf Zaidi bildirib ki, Pakistanın hücumları nəticəsində indiyədək Əfqanıstanda Talibanın 27 hərbi postu məhv edilib və daha 9-u ələ keçirilib.O, həmçinin 80-dən çox tank, artilleriya və silahlı personal daşıyıcısını məhv etdiklərini söyləyib.
“Pakistanın təcavüzə qarşı dərhal və təsirli cavabı davam edir”, - Müşərrəf “X”də yazıb.

Taliban müdafiə nazirliyi isə cümə axşamı gecəsi 19 Pakistan hərbi postunu və iki bazanı ələ keçirdiyini açıqlayıb. Nazirlik bildirib ki, ümumilikdə 55 Pakistan əsgəri öldürülüb.

BBC yazır ki, bu rəqəmləri yoxlamaq çətindir. Belə ki, hər iki tərəf bir-birinə ağır itkilər verdiyini iddia edir.

“Pakistan və Əfqanıstan qüvvələri arasında əvvəlki qarşıdurmalarda olduğu kimi, hər iki tərəf bir-birini ilk hücumda günahlandırıb.
Pakistan hakimiyyəti cümə günü bildirib ki, onlar səbəbsiz Əfqan hücumlarına cavab olaraq Kabil və Qəndəhar da daxil olmaqla şəhərlərə əks-hücumlar həyata keçiriblər.

Əfqanıstan Talibanı isə bildirib ki, bu həftənin əvvəlində ən azı 18 nəfərin ölümünə səbəb olan hücumlara cavab olaraq genişmiqyaslı əməliyyata başlayıb”, - nəşr yazır.



Xəbərin oxunma sayı : 214




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap