“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azəriqaz“da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i “kəsilib“

Tarix 27.02.26, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova İnsan Hüquqları Komitəsinin iclasında ixtisarlardan danışıb.

Onun sözlərinə görə, ölkədə kütləvi ixtisarlar gedir, işsizlik sürətlə artır və xüsusilə aşağı kateqoriyalı işçilər bu prosesdən təsirlənir.

Qəhrəmanova misal gətirib ki, "Azəriqaz"da 80 xadimə imtahan verə bilmədiyi üçün işdən çıxarılıb.

Mia.az-ın məlumatına gərə, Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Tribuna.az-a deyib ki, Azəriqaz xadimələri işdən azad etməsinin səbəblərinə aydınlıq gətirməlidir.

Onun sözlərinə görə, Azərbaycan dünyaya qaz ixrac edən ölkədir və Avropanın enerji təminatında mühüm rol oynayır: “Belə bir enerji resurslarına malik ölkədə Azəriqaz kimi qurumun xadimələri işsiz qoyması başadüşülən deyil. Əvvəla, Azəriqazın potensialı və resursları onlara maaş verməyə çatır. İkincisi, əhalinin sosial şəraitinin pisləşdiyi vaxtda vətəndaşları işsiz qoymaq onların hüquqlarını pozmaqdır. Cənab prezident bildirib ki, ixtisar aparılmamalı, vətəndaşlar işlə təmin olunmalıdırlar. Ona görə də Azəriqaz və digər qurumlar ixtisarlarla bağlı ictimaiyyətə izah verməlidirlər”.



Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap