“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dondurma alarkən bunlara mütləq diqqət edin - Şirin təhlükə

Tarix 22.06.25, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


Yay fəslinin gəlişi ilə dondurma mövsümü də başlayıb.

Yeniavaz.com xəbər verir ki, isti havalarda sərinlədici dadı ilə seçilən dondurma həm uşaqların, həm də böyüklərin sevimli təamına çevrilir. Lakin zövq aldığımız bu şirin ləzzət bəzən sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Mütəxəssislər keyfiyyətsiz və düzgün saxlanılmayan dondurmaların qida zəhərlənmələri və həzm problemlərinə səbəb ola biləcəyini bildirirlər. Bəs, təhlükədən necə qorunmalı?

Dondurma alarkən bunlara diqqət yetirin

Etiketli və istehsal tarixi göstərilmiş məhsul seçin. Dondurma alarkən qablaşdırmada istehsal və son istifadə tarixinin qeyd olunmasına diqqət yetirin. Qablaşdırması zədələnmiş dondurmalardan uzaq durun. Sızma, cırıq və ya buz kristalları ilə örtülü qablar dondurmanın düzgün saxlanmadığını göstərə bilər. Tanımadığınız şəxslərdən və açıq havada satılan məhsullardan çəkinin. Əsasən küçə satıcılarından alınan dondurmaların mənşəyi və saxlanma şəraiti naməlum olur.

Keyfiyyətsiz dondurmanı necə tanımaq olar?

Buz kristalları varsa, yeməyin. Dondurmanın üzərində və ya içərisində buz kristalları əmələ gəlibsə, bu, məhsulun bir neçə dəfə əridilib yenidən dondurulduğunu göstərir. Dad və qoxuda dəyişiklik varsa, təhlükəlidir. Turş, acı və ya yad dad hiss olunarsa, dondurma korlanmış ola bilər. Rəngi qeyri-təbii və ya bərabər olmayan dondurmalara şübhə ilə yanaşın. Bu, saxta rəngləndirici maddələrin istifadə edildiyinə işarə ola bilər.

Dondurma necə saxlanmalıdır?

Saxlama temperaturu –18°C və ya daha aşağı olmalıdır. Bu temperaturda dondurmanın keyfiyyəti və təhlükəsizliyi qorunur. Dondurma alınan kimi soyuducuya yerləşdirilməlidir. Çöldə uzun müddət qaldıqda dondurma əriyə və zəhərlənmə riski arta bilər. Açılmış qablaşdırmanı 1 həftədən artıq saxlamayın. Əgər dondurma paketi açılıbsa, o, qısa müddətdə yeyilməlidir.



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap