“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

30 min dollarlıq tender dələduzluğa - “Paradise M“ MMC

Tarix 22.06.25, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


 "Paradise M" şirkətini tenderdə qalib etdirəcəyinə dair vəd verərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

AzFakt.com Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Ayaz adlı şəxs 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 22 gün müddət bir günə iki gün hesablanmaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, təqsiləndirilən şəxsin Rövşən adlı tanışı ondan "Paradise M" MMC-ni tenderdə qalib etdirməyi istəyib. Təqsirləndirilən şəxs də 30 000 dollar müqabilində bu işə görəcəyini bildirib. Şirkət zərərşəkənin tanışına məxsus olduğundan tərəflər iş həll olunacağı təqdirdə 30 000 dolları aralarında böləcəklərinə razılaşıblar. 

Lakin iş alınmayıb. Ayaz aldığı 30 000 dollardan 5000 dollarını qaytarıb. Qarşı tərəf isə yerdə qalan məbləği almaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib. 

Ayaz saxlanılıb və daha sonra ona ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. 

Məhkəmə prosesində Ayaz özünü qismən təqsirli bilib. O, həmçinin qeyd edib ki, dəymiş ziyan ailəsi tərəfindən ödənilib. 

Zərəçəkən də təqsirləndirilən şəxsin ziyanı ödədiyini və artıq ondan şikayətçi olmadığını bildirib. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Paradise M" 2019-cu ildə qeydiyyata alınıb. 2021-ci ilə qədər şirkətin adı "Emin 1976" olub. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Niyazov Qadir Adil oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 



Xəbərin oxunma sayı : 439




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap