“İmperator Hall“da toyda DAVA: Bəy tərəflər arasında qaldı
Bakıda "İmperator Hall" şadlıq sarayında toy zamanı dava düşüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, toyda davaya səbəb mahnı sifarişi və rəqs etməklə bağlı olub.
Bəy Röyal Məmmədov tərəflər arasında düşən davanı sakitəşdirmək istəsə də, bu mümkün olmayıb. Daha sonra mübahisə restorandan çöldə davam edib. Əraziyə hüquq-mühafizə orqanlarının əmədaşları cəlb edilib. Dava zamanı kiminsə saxlanması barədə məlumat yoxdur.
İnsidentlə bağlı məlumat şadlıq sarayından təsdiq edilib.
Toy sahibləri əslən Azərbaycanın Gədəbəy rayonundan olublar.
Xəbərin oxunma sayı :
580