Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Binəqədi rayonunda qanunsuz yaşayış binası inşa edilir? - FOTO/VİDEO

Tarix 06.08.25, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


İcazə sənədinin olmamasına baxmayaraq apartman sürətlə tikilir və aidiyyatı qurumlar susur

Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsində icazə sənədi olmadan yaşayış binası (apartman) inşa edilir.
 
AzFakt.com xəbər verir ki, bu barədə videogörüntülər yayımlanıb. 



Bildirilir ki, Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binasının tikintisi üçün dövlətin rəsmi qurumlarının icazəsi yoxdur. Ancaq Gülüstan küçəsində inşa edilən yaşayış binasının tikintisinə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən "icazə" verildiyi bildirilir.

İddialara görə icazə biraşa Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən verilib.

Açıklama yok.

Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.

Ancaq Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binasının (apartman) məlumatlandırma löhvəsi yoxdur. 

Apardığımız araşdırmada Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.  

Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.

Məsələ ilə bağlı yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.




Xəbərin oxunma sayı : 1948




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap