Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Mehdiyevin ailəsinin ölkədən çıxışına niyə “stop” qoyuldu? - Səbəbi AÇIQLANDI

Tarix 18.10.25, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub.

“Qafqazinfo”nun məlumatına görə, bu addım R. Mehdiyevin cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına yaxınlarının da əhəmiyyətli maliyyə imkanlarına sahib olması ilə bağlı araşdırmalar çərçivəsində atılıb.

“Boz kardinal” uzun illər dövlət strukturundakı nüfuzundan istifadə edərək müxtəlif kommersiya fəaliyyətlərinə nəzarət edib. Həmin dövrdə onun qohumlarının adına milyonlarla manat dəyərində mənzillər, villalar və şirkət payları rəsmiləşdirilib. Son günlər bu əmlakların kiçik bir qismi mediada da ictimailəşib.

Ramiz Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsidir. Qanunvericiliyə əsasən, çirkli pullarla qazanılmış əmlaklar məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə edilir. Hökmə qədər isə əmlak üzərinə həbs qoyulur.

Hazırkı ibtidai istintaq dövründə Mehdiyevin ailə üzvlərinin maliyyə əməliyyatlarını da araşdırır. Bu əsasla da həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına da “stop” qoyulub.

Bu qərar həm ölkə daxilində, həm də xaricdə yerləşən daşınmaz əmlakları ilə bağlı hər hansı hərəkətin (satılma, başqa şəxsin adına rəsmiləşdirmə) qarşısını almaq məqsədi daşıyır.

Eyni zamanda ortaya çıxa biləcək yeni faktlar əsasında Mehdiyev ailəsinin də dindirilməsi ehtimal edilir ki, bu da “stop” qadağasının tətbiqinə əlavə səbəblərdən biri kimi göstərilir.



Xəbərin oxunma sayı : 1777




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap