Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Dabaq xəstəliyi süd məshulları bazarına təsir edib - VİDEO

Tarix 20.10.25, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məshulları bazarına da təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər mütəmadi süd məhsulları alanlar indi ehtiyat etdiklərini deyirlər.

Satıcılar isə satışda problem olmadığını, süd və süd məhsulları satışının davam etdiyini bildirirlər.

Satıcıların sözlərinə görə, xəstəliklə bağlı insanlar arasında qorxu olsa da, bu, məhsulların keyfiyyətsiz olması demək deyil.

Satıcılardan satdıqları məhsulların yoxlamadan keçib-keçmədiyini soruşduq. Əksəriyyəti yoxlamadan keçirildiyini desələr də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilmədilər. 

Həkimlər isə bu xəstəliklə bağlı insanları diqqətli olmağa səsləyirlər. Çünki xəstəliyə yoluxma tez baş verir və ciddi fəsadlara səbəb olur.

Bəs bazarlara daxil olan məhsullara Qida Təhlükəsizliyi Agentliyi tərəfindən necə nəzarət edilir?

AQTA-dan "Xəzər Xəbər"ə bildirilib ki, ilin əvvəlində təsdiq olunmuş planlı yoxlamalar, eyni zamanda, daxil olan şikayətlər və mediada yayılan məlumatlar əsasında bazar və digər satış şəbəkələri də daxil olmaqla qida zənciri boyu yoxlama-nəzarət tədbirləri davam etdirilir. Süd məhsulları yüksək riskli qida məhsulları hesab olunduğu üçün belə qida məhsullarının satışı qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirilməlidir. Bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş məhsullar satılmamalıdır. Qanunvericiliyə əsasən, bununla bağlı sahibkarlıq subyektləri, o cümlədən bazar rəhbərləri birbaşa məsuliyyət daşıyırlar.

Reallıq budur ki, dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar insanlar arasında ciddi narahatlıq yaradıb. Süd və süd məhsulları da risk kateqoriyasına daxil olduğu üçün təhlükə var. Bazarlarda isə satıcılar satdıqları məhsulların yoxlamadan keçdiyini təsdiq edən sənədləri təqdim edə bilmirlər. Yəqin ki, olsaydı, təqdim edilərdi.






Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap