Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Aİ-nin Ukraynadakı səfiri gecəni vanna otağında keçirib - FOTO

Tarix 22.10.25, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova Rusiyanın Kiyevə genişmiqyaslı hava hücumu zamanı gecəni vanna otağında keçirib.

APA xəbər verir ki, səfir bu barədə özünün “Facebook” səhifəsində vanna otağının şəkili ilə birgə paylaşım edib.

Maternova bildirib ki, 22 oktyabr gecəsi Rusiyanın genişmiqyaslı hava hücumunun baş verdiyi 22 oktyabr gecəsini Kiyevdə yaşadığı otelin vanna otağında keçirib.

“Sirena səsi fasiləsiz çalırdı. Partlayışlar divarları silkələyirdi. …Və yalnız bir fikrim vardı - Bəsdir. Bu müharibə bəsdir artıq”, səfir paylaşımında yazıb.

Diplomat vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi “çox uzun çəkir və çox güc aparır”.

“Bu müharibədə hər gün yeni qurbanlar var. Hər gecə – yeni hücumlar. Ukrayna müqavimət göstərir, amma yorulub və yaralıdır. Ölkədən kənarda danışıqlar və görüşlər planlaşdırılır. Kiyevdən isə bunlar sonsuz görünür”, – o qeyd edib.

Səfir onu da bildirib ki, Avropa İttifaqı Ukraynanın etibarlı tərəfdaşı olaraq qalır: “Biz bu məqamın nə qədər ciddi olduğunu anlayırıq. Biz üz çevirmirik. Ukraynaya dayana bilməsi və ədalətli, uzunmüddətli sülhə nail olması üçün bütün mümkün yolları axtarırıq”.





Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap