![]() |
|














“Mən kral deyiləm...” - Rövşən Nəcəf
Tarix 02.04.24, 15:02 |
|

Bu gün AFFA-nın yeni rəhbəri seçilən SOCAR prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb.
AzFakt.com “Qafqazinfo”ya stinadla həmin müsahibəni təqdim edir:
- Milli komandanın baş məşqçisi kim olacaq? Yerli, yoxsa əcnəbi mütəxəssis?
- Keçən ilin dekabrında xüsusi komissiya yaradılıb. Müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Danışıqlar artıq tamamlanmaq üzrədir, rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik. Sadəcə zaman yeni İK-nin vaxtına düşür. Amma yenə müzakirə olunacaq. İstənilən qərarın verilməsində yerli-əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır. Yerli və əcnəbi də ola bilər. Məşqçi haqda qərarı verəndə bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalı olduğumuz həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır.
- Son 6-7 il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. Siz də “Neftçi”yə gələndə sizi tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli nəsə proqramınız, ideyanız var? Tez-tez görünəcəksiniz, yoxsa sizi ildə 1-2 dəfə görəcəyik?
- Futbolun inkişafına futbola aidiyyəti olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. Futbol mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridir. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan bu mümkün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidir. Burada medianın rolu danılmazdır. AFFA media ilə daha da sıx işləyəcək. Müəyyən dövrdən sonra zaman lazımdır ki, strategiya üzərində işləyək. Media nümayəndələri ilə görüş keçirəcəyik. Həmin görüşü media ilə qapılar arxasında danışarıq. Hansı çətinliklər var, medianın AFFA-dan gözləntiləri nədir, öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilir. Futbolun inkişafında bizə dəstək verəcək media kimi görəcəyik. Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiniz. Vaxtaşırı konfranslar keçirəcəyik.
- Keçmişdə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budur. Azərbaycan millisinin heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədir?
- Əslində, bu sualın cavabını əvvəlki çıxışımda bildirdim. Millidə oynamış bütün üzvlərdən bəhrələnəcəyik. Konkret necə? Onunla bağlı biz müəyyən proqram düşünəcəyik.
- “Qəbələ” hazırda sonuncu pillədədir. Orada infrastruktur çox yaxşıdır. Bu komandanı bir il itirə bilərik. Planlara əsasən, Premyer Liqada klubların sayı arta bilər? “Qəbələ” Liqada qala bilər?
- İK-də qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar qısa müddətdə qəbul oluna bilər. Liqanın formatı ilə bağlı təhlil aparacağıq.
- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib özləri kənara çəkilir. Siz necə edəcəksiniz? Məsuliyyəti üzərinizə götürəcəksiniz?
- Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Buna bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
- Milli komanda zəif bənd rolunu oynayır. Udanda da tənqid olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiz? Futbol üzərində maraqların toqquşmasıdır?
- Bu sualı cavablandırmaq çətindir. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu, futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol icmasının rəyidir. Bəli, millimizdir, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz günlərdə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdır, hər insan fikrini ifadə etməkdə azaddır. Millimiz bizim şərəf yerimizdir. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandasını da alqışlayır. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardır. Mütəxəssislər öz fikirlərini səsləndirməkdə sərbəstdir. Amma oyunçuların insan olduğu, onların da yaxınlarını unutmamaq düzgün olardı.
- AFFA-da bəzi postlar boşdur. “Neftçi”dəki klubdan kimisə AFFA-da görə bilərik?
- Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib AFFA-nın təşkilatı strukturunda da dəyişiklik edilməsi mümkündür. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündür. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb daha sonra müzakirə etmək lazımdır. Bu gündən “Neftçi”nin MŞ-də iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, “Neftçi”dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə tək “Neftçi” yox, digər klublarla müzakirələr apara bilərik. “Sabah”ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında “Qarabağ” çox irəlidədir. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox dəyərli olacaq.
- “Xəzər Lənkəran” cəbhəsində son vaxtlar sıçrayış var. Onların Premyer Liqaya qayıtması AFFA-nın gündəmində var?
- Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Bu sual bizə yox, komandaların uğurlu nəticəsindən asılı olan qərardır. İK-nın səalahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.
- Baş məşqçinin təyinatı üçün son gün təyin edilib?
- Artıq baş verməli idi, müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Məşqçilərin adını niyə səsləndirə bilmirəm? Çünki onlarla razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədir. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razılıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüquqi məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli qarşıdakı oyunlara hazırlıq görməlidir. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdır.
- İK-də futbol adamlarının sayı cəmi 2 nəfərdir. Futbol adamlarının az olması nə ilə bağlıdır?
- Futbola bağlı olan insanların sayı cəmi 2 deyil, icazə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidir. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhfə verən insanlar cəlb edilib. Maliyyə, infrastruktur, uşaq futbolu, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütün bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nin üzvləri də futbola sevgisi olan insanlardır.
- Bu gün “Neftçi” – “Qarabağ” matçında keçmiş komandanıza azarkeşlik edəcəksiniz?
- Səlahiyyətlərim bu gündən başlayır? Artıq bu gündən başladı. Zarafat edirəm. Bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. Milli komandamızın, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlindən gələni əsirgməyən İK-nin üzvündən biri olacağam. Avropa yarışlarında, ümid edirəm ki, komandalarımız daha irəli gələr. Həmin oyunlarda daha rahat azarkeşlik etmək olar. Klublarımız avrokuboklarda çıxış edəndə hamımız dəstək veririk. “Qarabağ”ın uğurları göstərdi ki, avrokuboklarda yalnız azarkeşlərin hamısı onları dəstəkləyir.
Xəbərin oxunma sayı : 754
Müsahibə
Xəbərlər
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Otellərdə ən çox hansı ölkələrin vətəndaşları qalıb? - Siyahı
-
Ağdamdakı meşə yanğını Xocavəndə çatdı - Helikopterlər havaya qalxdı
-
Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər
-
Ali məktəblərdə təhsil haqları artırılır? - VİDEO
-
Kür çayında suyun səviyyəsi 4 metrdən çox düşüb - VİDEO
-
Qəzzada aclıqdan ölənlərin sayı 120-ni keçdi - 80-dən çoxu uşaqdır
-
“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” - Tramp
-
Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb - Sənətçi təcili təxliyə olunub
-
Əməkhaqqı kartında inqilab - Yeni dövr başlayır
-
İşğal zamanı əsirlikdə və girovluqda olanlar ifadə verdilər - Fotolar
-
“ABŞ Rusiya ilə əməkdaşlıq edəcək“ - Donald Tramp
-
Oleq Bakinski azadlıqda qaldı - Qalmaqallı prosesdə ağır ittihama bəraət verildi
-
Bayramov və Fidan arasında telefona danışığı - Sülh prosesi müzakirə edildi
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - Nazir konkret tapşırıqlar verdi
-
Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür - Müdafiə Nazirliyi
-
“Qlisin” apteklərdə niyə yoxa çıxıb? - AÇIQLAMA
-
“Premium Bank” və onun vəzifəli şəxsi cərimələndi - 60 min manat
-
Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
-
İnəkləri sağa bilmədiyi üçün arvadını döymüşdü - Bu cəzanı aldı
-
Polis Pirallahıda əməliyyat keçirdi: 42 kq narkotik vasitə aşkar olundu
-
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
-
Həmkarlar İttifaqında istefalar - Sahib Məmmədov əməkdaşlara qarşı qeyri-adekvat münasibət göstərir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Bakıda söyüş söyən həkim həbs edilib: “Pasiyent pulumu vermirdi...“
-
“Putin və Tramp ilə görüşə bilərəm“ - Ərdoğan
-
Məşğulluq Agentliyi anbar icarəyə götürür - Ayda 106 min verəcək
-
“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir“ - Zelenski
-
“Turan Tovuz“un “Traktor“la oyunu ləğv olundu - Səbəb açıqlandı
-
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
-
İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN
-
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
-
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
-
Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA
-
Bank sektorunun son vəziyyəti açıqlandı - Əmanətçilərin sayı artıb
-
Pirşağı çimərliyində təhlükəli vəziyyət: dənizin qumunu kimlər daşıyır? - FOTO
-
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
-
Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - Sabahın havası
-
Hakan Fidanın bu görüntüləri gündəm oldu - “Konkret ünvanlara mesaj verir...“
-
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb - Tendersiz
-
Problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
-
“Meqa Sığorta“nın yığımları ilin əvvəlindən azalır - 2,3 milyonluq eniş...
-
İş adamı Rövşən Mehdiyev həbsdən buraxılıb - Dələduzluq ittiham ulunmuşdu
-
ABŞ-dən Şimali Koreyaya yeni sanksiyalar - 1 şirkət və 3 vətəndaşa maliyyə qadağası
-
Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO
-
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
-
Növbəti estetik əməliyyat qurbanı - Bədəni çürüyür
-
Goranboyda dəhşətli qətl:Yeniyetmə ana və nənə öldürüldü
-
İş adamı “Mega Sığorta”dan pulunu ala bilmir - Qanun nə deyir?
-
Allahverdi Yolçuyev müalicəsi üçün küçədə corab satır - VİDEO
-
Daha 110 ailə azad olunmuş ərazilərə yola salındı - Fotolar
-
Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır? - VİDEO
-
UEFA Konfrans Liqası: “Sabah“ Moldova klubunu məğlub edib
-
Qusman vəzifəsindən azad edildi - 2 gün əvvəl Qarabağda olub
-
Sabah bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb - DİM məlumat yaydı
-
Prezident bu tələbələrə verilən təqaüdləri artırdı - SƏRƏNCAM
-
Altmışdan çox zərərçəkmiş danışdı - Onlar dinlədi-Fotolar
-
Polis narkotacirlərin saxlanılması əməliyyatından görüntüləri yaydı - Video
-
12 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olunub - RƏSMİ
-
Sabah 39 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
-
Kamboca-Tailand sərhədində qarşıdurma - Ölənlər var
-
“Fənərbaxça” Avropa Liqası səviyyəsində komandadır” - Joze Mourinyo
-
“Zəngəzur dəhlizi iki ölkənin suveren məsələsidir” - Peskov
-
Bakıda bu bağçada qeydiyyatsız uşaq və maliyyə maxinasiyası: müdirə işdən qovuldu
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - TAM SİYAHI
-
Təlim-Tədris Mərkəzində rüşvət işi - MAXE qəbulunda rüşvət oyunu
-
Aİ ABŞ mallarına 30% rüsum tətbiq edə bilər – “Bloomberg”
-
Zakir Fərəcov inşaat şirkətindən geyim alır - 395 min manatlıq şübhəli tender
-
Gecə səkini dağıdılaraq parkinqə çevirdilər - Gündüz bərpa etdilər + FOTOLAR
-
“İki kilometr aralıdakı şəhid bulağından su daşıyırıq...” - Video
-
Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ
-
Bayden memuarlarının hüquqlarını satdı - 10 milyon dollara
-
“Sən də öz günahına görə pul ödəməlisən” - Baş həkimi şantaj edənə ağır cəza kəsildi
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib - Nələr müzakirə olunub?
-
Arvadına və qayınatasına vintaçanla xəsarətlər yetirdi - Neftçalada
-
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
-
Füzulidə dağlıq ərazidə baş vermiş yanğın nəzarətə götürülüb - FHN
-
Bakıda yeni metro stansiyaları - Layihələndirmə işləri başladı
-
Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?
-
Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?
-
Dövlət Agentliyi hansı ekspertlərlə “işləyir“? - 101 min manatlıq anlaşma var
-
Yevlaxda dəhşətli hadisə: Torpaq üstündə həmkəndlisini öldürdü
-
Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər
-
Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu - Məhkəmədən son qərar
-
Nigar Camal festivala bodidə gəldi - VİDEO
-
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - VİDEO
-
“Sun City Hotel Spa Naftalan“-da Özbəkistan vətəndaşının ölümü - FOTO
-
Çempionlar Liqası: “Qarabağ“ “Şelburn“u darmadağın etdi
-
Renka motosikletinin qiymətini açıqladı - FOTO
-
“Hayduk“la matçda qələbəyə yaxın olan tərəf idik“ - Rəşad Sadıqov
-
Firudin Qasımovun ölkədən çıxışına “stop” qoyuldu - Vergi borcuna görə
-
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib - Bəzi məsələlərdə razılaşma olub
-
Xətai rayonunda lift problemi sakinləri təngə gətirib - VİDEO
-
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ
-
34 ildə 340 nəfər “Əməkdar jurnalist” adı alıb - AÇIQLAMA
-
İstanbul danışıqları sülhə aparan yol ola bilər - Hakan Fidan
-
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
-
Yeni təhsil proqramları hazırlanır - Komissiyanın növbəti iclası keçirildi
-
Balakəndə kafeyə hücum edildi - qadın ölümlə hədələndi - FOTO
-
Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - VIDEO
-
Gəncədə atışma olub - Polislə axtarışda olan şəxs arasında
-
Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır - XƏBƏRDARLIQ
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
-
Bəzi ərazilərə leysan yağacaq - XƏBƏRDARLIQ
-
“ASAN Xidmət“ deputata məxsus mebel şirkətindən geyim alır - 745 minlik
-
DİN çimərliklərdə nəzarətsiz qalan uşaqlarla bağlı çağırış etdi - Video
-
İqtisadiyyat Nazirliyində yeni təyinatlar - Aparat rəhbəri dəyişdi
-
Neft Fondu pullarını hansı ölkələrdə saxlayır? - Tam siyahı
-
Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat - Nazir əmr imzalayıb
-
“Çelikoğlu“ MMC işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi
-
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
-
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“MSDIS Holding“ cərimələndi - Valyuta qaydalarını pozduğuna görə
-
“Bakı Qida və Yağ Fabriki“ tullantı sularını çaya axıdıb - Fotolar
-
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
-
Neft Fondundakı pullar hansı valyutalarda saxlanılır? - SİYAHI
TOP 10
ARXİV