![]() |
|














“8 kəndin azad edilməsi üçün əməliyyat başlaya bilər” - Mehman Əliyev
Tarix 01.12.23, 16:33 |
|

Cənubi Qafqaz və Mərkəzi Asiya artıq güc mərkəzləri üçün ciddi əhəmiyyət kəsb edir.
Növbəti illərdə ABŞ, Britaniya, Türkiyə, İran, Rusiya, Çin və Avropa İttifaqının geostrateji maraqları daha da artacaq. Bu regionlarda maraqların toqquşması da istisna deyil.
Azərbaycan-Ermənistan sülh prosesi də həmin güc mərkəzlərinin diqqətindədir. Sülh müqaviləsinin imzalanması nəinki regionda vəziyyəti dəyişəcək, hətta güc mərkəzlərinin maraqlarının təmininə şərait yaradacaq.
“Cümhuriyət”in mövzu ilə bağlı müsahibi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev olub.
AzFakt.com müsahibəni təqdim edir.
- Artıq Qarabağ problemi həll olunub, Azərbaycan öz suverenliyini və yurisdiksiyasını bərqərar edib. Sülh müqaviləsinin imzalanmasına heç bir ciddi əngəl qalmayıb. Amma Ermənistan hakimiyyəti heç bir səbəb olmadan sülh prosesini ləngitməyə çalışır. Ermənistan nə vaxta qədər belə davranacaq? Azərbaycanın Ermənistanı sülhə məcburetmə tədbirləri görməsinə ehtiyac var?
-İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda bir çoxları hesab edirdilər ki, onlar müharibəni yox, döyüşü uduzublar. Deyirdilər ki, onların Azərbaycanla düşmənçiliyi və mübarizəsi əbədidir, heç vaxt bitməyəcək və nə zamansa onlar bu torpaqları geri qaytaracaqlar. İstər radikal müxalifət, istərsə revanşist dairələr, hətta adi ermənilər belə bu siyasi xətti qətiyyətlə müdafiə edirdilər. Yəni onlar Azərbaycandan nə zamansa qisas alacağını düşünürdülər. 44 günlük müharibədən sonra görürük ki, Ermənistan sülhə hazır olduğunu bəyan etsə də, bu istiqamətdə ciddi və zəruri addımlar atmır. Hər bir mərhələdə hər hansı bəhanə ilə sülh danışıqlardan yayınıb.
İlkin mərhələdə İrəvan hər vəchlə Qarabağdakı ermənilərin status məsələsini danışıqların gündəliyinə gətirməyə çalışıb. Amma Azərbaycan buna imkan verməyib və dəfələrlə erməni tərəfinə Qarabağdakı vəziyyətin onun daxili işi olduğunu xatırladıb. Son üç il ərzində Azərbaycan Ermənistanı danışıqlar masasına qaytarmaq üçün müəyyən mənada hərbi gücdən istifadə edib. Məsələn, Fərrux əməliyyatı, sərhəddə cavab xarakterli əməliyyatlar və ən sonda isə antiterror əməliyyatı – bütün bunlar Ermənistanı sülhə məcburetmə tədbirləri idi.
Məhz bundan sonra erməni tərəfi sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bəyan etdi. Parlament sədri Alen Simonyan Ermənistanın Azərbaycanla tez bir zamanda sülh müqaviləsi imzalamağa hazır olduğunu vurğulayıb, amma bir tərəfdən də bəyan edib ki, işğal altında olan səkkiz kəndin məsələsi mübadilə və ya hər hansı şəkildə həll olunmalıdır. Bu, onu göstərir ki, İrəvanın sülhdən danışmasına baxmayaraq, reallıqda sülhə hazır deyil. Əvvəl Qarabağdakı ermənilərin status məsələsini qaldırırdılar, ondan sonra Zəngəzur dəhlizinin onların ərazisinə problem yaradacığını deyirdilər, indi isə səkkiz kəndin məsələsini bəhanə edirlər.
Açıq-aydın görünür ki, Ermənistan bu cür yollarla yenə də sülh prosesini uzatmağa çalışır. Hətta Ermənistan ictimaiyyətində belə fikir var ki, regionda geosiyasi vəziyyət nə zamansa onların xeyrinə dəyişəcək, ən əsası da Rusiyada Vladimir Putin hakimiyyətdən kənarlaşdırılacaq və onun yerinə ermənilərin maraqlarına xidmət edən qüvvələr gələcək.
Ermənistan rəhbərliyinin və ölkədə müəyyən revanşist dairələrin Rusiyadakı həmin qüvvələr ilə təması var. Ermənistan ictimaiyyətində belə xülya dolaşır ki, Rusiyada yeni siyasi qüvvələr hakimiyyətə gələndən sonra onlar növbəti müharibəyə kömək edəcəklər. ABŞ və Avropa İttifaqı Ermənistan hakimiyyətinə Azərbaycanla tez bir zamanda sülh sazişi bağlaması üçün təzyiqlər edir. Amma Ermənistan hələ bu sazişin imzalanmasına tələsmir. Onu görə də bu ilin sonunda və növbəti ilin ilk aylarında sülh müqaviləsinin imzalanması gözlənilmir.
O ki qaldı növbəti sülhə məcburetmə əməliyyatına, bəli, Ermənistanı bu yolla danışıqlar masasına qaytarmaq mümkün olub. ABŞ və Avropa İttifaqının dövlət rəsmilərinin Azərbaycana qarşı kəskin bəyanatları ona körüklənib ki, Azərbaycan Ordusu heç bir hərbi əməliyyat keçirməsin və Ermənistanın ərazisinə müdaxilədən çəkinsin. Bu, həqiqətən Qərbdə ciddi narahatlıq yaradıb. Amma Qərb də Ermənistana xəbərdarlıq edib ki, mütləq sülh sazişini imzalamalıdır.
İkinci Qarabağ müharibəsindən bu günə qədər baş verən prosesləri nəzərdən keçirsək görərik ki, müəyyən müddətdən sonra səkkiz kəndin azad edilməsi və ya Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan Ordusu sülhə məcburetmə əməliyyatına başlaya bilər. Əslində Zəngəzur dəhlizi ilə bağlı məsələdə ABŞ, Rusiya və digər siyasi qüvvələrin maraqları üst-üstə düşür. Əgər Ermənistan sülh sazişi və dəhlizlə bağlı məsələlərə biganə yanaşarsa, ola bilsin ki, Azərbaycan tərəfindən adevkat tədbirlər görüləcək. Azərbaycanın buna imkanları da var, dəstəyi də.
- Sizcə, heç bir vasitəçi olmadan birbaşa sülh danışıqları mümkündür?
-Heç bir vasitəçi olmadan Nikol Paşinyanın Prezident İlham Əliyevlə bir masa arxasında oturub sülh sazişinin detallarını müzakirə etməsi o qədər də asan məsələ deyil. Bəlkə də qeyri-mümkündür. Birincisi, Ermənistan ictimaiyyətində xəstə millətçilik təfəkkürü hələ də aradan qalxmayıb. Ermənistanda revanşist və radikal müxalif qüvvələr son zamanlar zəifləsə də, müəyyən mənada öz təsir imkanlarını saxlayıb. Tutaq ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinə imza atdı. Sonra nə baş vərəcək?
Belə bir addım Ermənistanın özündə ciddi təlatümlərə gətirib çıxara bilər. Paşinyan bu təhlükəni nəzərə alır. Qalib dövlətin başçısı İlham Əliyev bu sazişə imza ata bilər və onun üçün heç bir problem yaranmayacaq. Çünki hazırda regionda status-kvonu Azərbaycan müəyyən edir. Paşinyan üçün isə o qədər asan məsələ deyil. Ona görə də təkbətək hələ mümkün görünmür və ABŞ, Rusiya və Avropa İttifaqının vasitəçiliyinə ehtiyac duyulacaq.
Əgər maraqların toqquşması səbəbindən Moskva, Brüssel və Vaşinqtonun vasitəçiliyi öz nəticəsini verməsə, onda Gürcüstanın vasitəçiliyini nəzərdən keçirmək lazım olacaq. Gürcüstan bu məsələdə həm Azərbaycan, həm də Ermənistanla təmaslar qurub. İstər Qarabağ münaqişəsi, istərsə indiki dövrdə Gürcüstan platformasından səmərəli şəkildə istifadə olunub. Fikrimcə, Gürcüstanın vasitəçiliyi daha məqbul hesab olana bilər. Ancaq ən əsas məsələ Ermənistanın Azərbaycanla intensiv şəkildə sülh danışıqlarında iştirak etməsi və sülh müqaviləsini imzalamağa hazır olmasıdır.
- Maraqlıdır, Rusiyanın Cənubi Qafqazda təsirinin sona çatması üçün münasib zaman yetişəcək? Rusiya kənarlaşacağı təqdirdə onu hansı güc mərkəzi əvəz edəcək? Ən əsası da Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatına kim səmərəli zəmanət verə bilər?
-1990-ci illərin əvvəllərində ABŞ-ın Rusiya da daxil olmaqla postsovet məkanında təsir imkanları kifayət qədər güclü olub. Həmin dövrdə Rusiyada Yeltsin hakimiyyətinin islahatları, xüsusilə özəlləşdirmə siyasəti Qərbin proqramları əsasında həyata keçirilirdi. İndi də Rusiya ABŞ-la postsovet regionunda rəqabət imkanlarına malik deyil. Rusiya beynəlxalq siyasət və iqtiadiyyatda aparıcı ölkə hesab olunmur.
Amma Rusiya regional güc mərkəzi kimi postsovet regionunda öz təsir rıçaqlarını qoruya bilib. Rusiya qonşu ölkələri təhdid etməyə meyillidir. Onun Rusiyanın postsovet regionunda müəyyən geosiyasi hədəfləri var. Bunlar əsasən regionda iqtisadi maraqların, hərbi-siyasi təhlükəsizliyin və logistik daşınmaların təmini ilə bağlıdır. Rusiyanın bu maraqları Azərbaycan tərəfindən tamamilə təmin olunub.
Hazırki dövrdə ABŞ-ın regionla bağlı siyasətinə gəlincə, son otuz ildə Azərbaycanda enerji layihələrin həyata keçirilməsində Vaşinqton çox mühüm aparıcı rol oynayıb. İqtisadi-siyasi və enerji təhlükəsizli baxımından ABŞ bu regionda təsir imkanlarını öz əlində saxlaya bilib. Regionda hazırki vəziyyətin yaranmasında təkcə Rusiya və Türkiyə yox, həmçinin ABŞ-ın rolu da inkaredilməzdir.
Moskva artıq bu regionda öz maraqlarını təmin edə bilib. 2020-ci ilin noyabrında Rusiya sülhməramlıları Qarabağın dağlıq ərazilərinə daxil olanda, bu, Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaratdı. Çoxları hesab edirdi ki, rus hərbiçiləri həmin ərazidən heç vaxt çıxmayacaq, Azərbaycan üzərində təzyiqlər artacaq və regionda vəziyyət gərginləşəcək. Amma bu ilin 19 sentyabr hadisələri bütün bu ehtimalları fiaskoya uğratdı. Azərbaycan Moskva ilə hər hansı şəkildə razılaşma əsasında Qarabağın bütün dağlıq ərziləri üzərində öz suverenliyini və yurisdiksiyasını bəqərar etdi. Rusiyanın Qarabağda öz hərbçilərini saxlamağa ehtiyacı yoxdur.
Ermənistana gəlincə, Gümrüdəki 102-ci hərbi baza artıq öz funksiyasını itirib. Hesab edirəm ki, Qarabağdan sonra Rusiya Ermənistandan da öz qoşunlarını çıxaracaq. İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan Rusiyaya lazım idi və Moskva bu ölkə vasitəsilə Azərbaycana təzyiqlər edirdi. Artıq o dövr tarixə qovuşub. İndi Ermənistandan istifadə heç kimə lazım deyil. ABŞ və Avropa İttifaqı ilə barabər Rusiya da sülhdə maraqlıdır. Çünki bu halda Cənubi Qafqaz üzərindən nəhəng bazarları bir-birin bağlayan logistik dəhlizlər açılacaq.
- Böyük Britaniyanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilməsi üçün münasib imkanları var?
- ABŞ öz mövqeyini sərgilədiyi zamanda Böyük Britaniya sakit durmağa üstünlük verir. Amma buna baxmayaraq, Britaniya Yaxın Şərqdə və Cənubi Qafqazda, o cümlədən Mərkəzi Asiyada çox önəmli rol oynayır. Britaniya beynəlxalq maliyyə mərkəzi hesab olunur, ənənəvi təsir imkanlarını qoruyur, ABŞ-ın ən yaxın strateji müttəfiqidir. 1994-ci ildən bəri Azərbaycanda neft və qaz layihələrinin icrasında ABŞ-la bərabər Britaniyanın şirkətləri, xüsusilə BP yer alıb. O, Azərbaycan və Gürcüstanla çox güclü regional münasibətlər formalaşdırıb. Gözə çarpmasa da, Britaniyanın bu regionda təsir imkanlarına malikdir.
- ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Mərkəzi Asiyaya çıxış əldə edilməsində, geoiqtisadi cəhətdən möhkəmlənməsində Azərbaycan hansı rola malikdir?
- Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvü olmaqla bərabər, Mərkəzi Asiyada bir neçə mühüm layihələrdə iştirak edir. Mərkəzi Asiya formatına daxil olan ölkələrin Bakıdakı toplantısı qarşılıqlı əhəmiyyəti göstərir, çoxşaxəli münasibətlər daha da inkişaf edir. Azərbaycan türk, islam və postsovet, o cümlədən neft-qazla zəngin olan və beynəlxalq logistik yolların mərkəzində yerləşən ölkə kimi bu proseslərdə çox ciddi mövqe nümayiş etdirir. Coğrafi cəhətdən Avropaya yaxın olan Azərbaycan Qərb ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin qurulmasında vasitəçilik rolunu oynayır. Ümumiyyətlə, hamı – ABŞ, Avropa İttifaqı, Türkiyə və Rusiya Azərbaycanın Mərkəzi Asiya regionu ilə bağlı proseslərə cəlb olunmasını istəyir. Xüsusilə, Qərb ölkələri və Türkiyə Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməkdə maraqlıdır.
Onu da qeyd edim ki, Aİ Şərq Tərəfdaşlıq Proqramını Mərkəzi Asiyaya doğru genişləndirmək niyyətindədir. Hətta İsrailin də bu regionda maraqları var. Çin də hər vəchlə Mərkəzi Asiya regionunda iqtisadi-siyasi və strateji-siyasi təsir imkanlarını artırmağa çalışır. Amma bu, xüsusilə Qazaxıstan və Özbəkistanı ciddi narahat edir. Çünki Çin möhkəmlənərsə, regionda hökmranlıq edəcək. Ona görə də Qazaxıstan, Özbəkistan, Türkmənistan da Rusiya, Türkiyə, Avropa İttifaqı və ABŞ-ın bu regionda mövqe tutmasını istəyir.
- Yaxın gələcəkdə Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geostrateji güc mərkəzinə çevrilmək ehtimalı var?
- Türkiyə artıq bu istiqamətdə addımlarını atır. SSRİ-nin süquta uğramasından bəri Türkiyə geostrateji və geoiqtisadi, həmçinin mədəni səviyyədə təsirə nail olub. NATO-nın aparıcı üzvü və İslam dünyasının mühüm ölkəsi kimi Cənubi Qafqazda və Mərkəzi Asiyada öz iqtisadi-siyasi və hərbi-siyasi mövqeyini möhkəmləndirir. Xüsusilə, 1994-ci ildən bəri Azərbaycan ilə NATO arasında əməkdaşlıq proqramının inkişafında Türkiyə çox aktiv rol oynayıb. Həqiqətən, Azərbaycanın NATO ilə təmaslarının qurulmasında türk zabitlərinin əməyi danılmazdır.
Rəcəp Tayyib Ərdoğan hakimiyyətə gələndən sonra Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat və hərbi təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq daha da dərinləşib. Bununla yanaşı, İkinci Qarabağ müharibəsindən bəri Azərbaycan-Türkiyə əməkdaşlığı strateji tərəfdaşlığa çevrilib.
Türkiyənin Gürcüstan ilə də yüksək səviyyəli münasibətləri var. Ankara Gürcüstanda mühüm layihələrin həyata keçirilməsinə külli miqdarda investisiya qoyub.
Bir məqamı da xatırladım ki, vaxtilə Rusiya Türkiyənin Cənubi Qafqazda aktivliyinə qarşı çıxırdı. Çünki Moskva bu regionu öz “arxa bağçası” hesab edirdi. Son 20 il ərzində Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişaf etməsi, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi vəziyyətin dəyişməsi səbəbindən Moskva Ankaranın Cənubi Qafqazda geosiyasi nüfuzunun artmasına əngəl yaratmır.
Xəbərin oxunma sayı : 958
Müsahibə
Xəbərlər
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Otellərdə ən çox hansı ölkələrin vətəndaşları qalıb? - Siyahı
-
Ağdamdakı meşə yanğını Xocavəndə çatdı - Helikopterlər havaya qalxdı
-
Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər
-
Ali məktəblərdə təhsil haqları artırılır? - VİDEO
-
Kür çayında suyun səviyyəsi 4 metrdən çox düşüb - VİDEO
-
Qəzzada aclıqdan ölənlərin sayı 120-ni keçdi - 80-dən çoxu uşaqdır
-
“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” - Tramp
-
Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb - Sənətçi təcili təxliyə olunub
-
Əməkhaqqı kartında inqilab - Yeni dövr başlayır
-
İşğal zamanı əsirlikdə və girovluqda olanlar ifadə verdilər - Fotolar
-
“ABŞ Rusiya ilə əməkdaşlıq edəcək“ - Donald Tramp
-
Oleq Bakinski azadlıqda qaldı - Qalmaqallı prosesdə ağır ittihama bəraət verildi
-
Bayramov və Fidan arasında telefona danışığı - Sülh prosesi müzakirə edildi
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - Nazir konkret tapşırıqlar verdi
-
Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür - Müdafiə Nazirliyi
-
“Qlisin” apteklərdə niyə yoxa çıxıb? - AÇIQLAMA
-
“Premium Bank” və onun vəzifəli şəxsi cərimələndi - 60 min manat
-
Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
-
İnəkləri sağa bilmədiyi üçün arvadını döymüşdü - Bu cəzanı aldı
-
Polis Pirallahıda əməliyyat keçirdi: 42 kq narkotik vasitə aşkar olundu
-
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
-
Həmkarlar İttifaqında istefalar - Sahib Məmmədov əməkdaşlara qarşı qeyri-adekvat münasibət göstərir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Bakıda söyüş söyən həkim həbs edilib: “Pasiyent pulumu vermirdi...“
-
“Putin və Tramp ilə görüşə bilərəm“ - Ərdoğan
-
Məşğulluq Agentliyi anbar icarəyə götürür - Ayda 106 min verəcək
-
“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir“ - Zelenski
-
“Turan Tovuz“un “Traktor“la oyunu ləğv olundu - Səbəb açıqlandı
-
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
-
İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN
-
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
-
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
-
Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA
-
Bank sektorunun son vəziyyəti açıqlandı - Əmanətçilərin sayı artıb
-
Pirşağı çimərliyində təhlükəli vəziyyət: dənizin qumunu kimlər daşıyır? - FOTO
-
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
-
Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - Sabahın havası
-
Hakan Fidanın bu görüntüləri gündəm oldu - “Konkret ünvanlara mesaj verir...“
-
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb - Tendersiz
-
Problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
-
“Meqa Sığorta“nın yığımları ilin əvvəlindən azalır - 2,3 milyonluq eniş...
-
İş adamı Rövşən Mehdiyev həbsdən buraxılıb - Dələduzluq ittiham ulunmuşdu
-
ABŞ-dən Şimali Koreyaya yeni sanksiyalar - 1 şirkət və 3 vətəndaşa maliyyə qadağası
-
Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO
-
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
-
Növbəti estetik əməliyyat qurbanı - Bədəni çürüyür
-
Goranboyda dəhşətli qətl:Yeniyetmə ana və nənə öldürüldü
-
İş adamı “Mega Sığorta”dan pulunu ala bilmir - Qanun nə deyir?
-
Allahverdi Yolçuyev müalicəsi üçün küçədə corab satır - VİDEO
-
Daha 110 ailə azad olunmuş ərazilərə yola salındı - Fotolar
-
Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır? - VİDEO
-
UEFA Konfrans Liqası: “Sabah“ Moldova klubunu məğlub edib
-
Qusman vəzifəsindən azad edildi - 2 gün əvvəl Qarabağda olub
-
Sabah bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb - DİM məlumat yaydı
-
Prezident bu tələbələrə verilən təqaüdləri artırdı - SƏRƏNCAM
-
Altmışdan çox zərərçəkmiş danışdı - Onlar dinlədi-Fotolar
-
Polis narkotacirlərin saxlanılması əməliyyatından görüntüləri yaydı - Video
-
12 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olunub - RƏSMİ
-
Sabah 39 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
-
Kamboca-Tailand sərhədində qarşıdurma - Ölənlər var
-
“Fənərbaxça” Avropa Liqası səviyyəsində komandadır” - Joze Mourinyo
-
“Zəngəzur dəhlizi iki ölkənin suveren məsələsidir” - Peskov
-
Bakıda bu bağçada qeydiyyatsız uşaq və maliyyə maxinasiyası: müdirə işdən qovuldu
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - TAM SİYAHI
-
Təlim-Tədris Mərkəzində rüşvət işi - MAXE qəbulunda rüşvət oyunu
-
Aİ ABŞ mallarına 30% rüsum tətbiq edə bilər – “Bloomberg”
-
Zakir Fərəcov inşaat şirkətindən geyim alır - 395 min manatlıq şübhəli tender
-
Gecə səkini dağıdılaraq parkinqə çevirdilər - Gündüz bərpa etdilər + FOTOLAR
-
“İki kilometr aralıdakı şəhid bulağından su daşıyırıq...” - Video
-
Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ
-
Bayden memuarlarının hüquqlarını satdı - 10 milyon dollara
-
“Sən də öz günahına görə pul ödəməlisən” - Baş həkimi şantaj edənə ağır cəza kəsildi
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib - Nələr müzakirə olunub?
-
Arvadına və qayınatasına vintaçanla xəsarətlər yetirdi - Neftçalada
-
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
-
Füzulidə dağlıq ərazidə baş vermiş yanğın nəzarətə götürülüb - FHN
-
Bakıda yeni metro stansiyaları - Layihələndirmə işləri başladı
-
Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?
-
Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?
-
Dövlət Agentliyi hansı ekspertlərlə “işləyir“? - 101 min manatlıq anlaşma var
-
Yevlaxda dəhşətli hadisə: Torpaq üstündə həmkəndlisini öldürdü
-
Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər
-
Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu - Məhkəmədən son qərar
-
Nigar Camal festivala bodidə gəldi - VİDEO
-
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - VİDEO
-
“Sun City Hotel Spa Naftalan“-da Özbəkistan vətəndaşının ölümü - FOTO
-
Çempionlar Liqası: “Qarabağ“ “Şelburn“u darmadağın etdi
-
Renka motosikletinin qiymətini açıqladı - FOTO
-
“Hayduk“la matçda qələbəyə yaxın olan tərəf idik“ - Rəşad Sadıqov
-
Firudin Qasımovun ölkədən çıxışına “stop” qoyuldu - Vergi borcuna görə
-
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib - Bəzi məsələlərdə razılaşma olub
-
Xətai rayonunda lift problemi sakinləri təngə gətirib - VİDEO
-
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ
-
34 ildə 340 nəfər “Əməkdar jurnalist” adı alıb - AÇIQLAMA
-
İstanbul danışıqları sülhə aparan yol ola bilər - Hakan Fidan
-
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
-
Yeni təhsil proqramları hazırlanır - Komissiyanın növbəti iclası keçirildi
-
Balakəndə kafeyə hücum edildi - qadın ölümlə hədələndi - FOTO
-
Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - VIDEO
-
Gəncədə atışma olub - Polislə axtarışda olan şəxs arasında
-
Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır - XƏBƏRDARLIQ
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
-
Bəzi ərazilərə leysan yağacaq - XƏBƏRDARLIQ
-
“ASAN Xidmət“ deputata məxsus mebel şirkətindən geyim alır - 745 minlik
-
DİN çimərliklərdə nəzarətsiz qalan uşaqlarla bağlı çağırış etdi - Video
-
İqtisadiyyat Nazirliyində yeni təyinatlar - Aparat rəhbəri dəyişdi
-
Neft Fondu pullarını hansı ölkələrdə saxlayır? - Tam siyahı
-
Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat - Nazir əmr imzalayıb
-
“Çelikoğlu“ MMC işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi
-
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
-
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“MSDIS Holding“ cərimələndi - Valyuta qaydalarını pozduğuna görə
-
“Bakı Qida və Yağ Fabriki“ tullantı sularını çaya axıdıb - Fotolar
-
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
-
Neft Fondundakı pullar hansı valyutalarda saxlanılır? - SİYAHI
TOP 10
ARXİV