![]() |
|














“Bu, Əli Həsənov və Ramiz Mehdiyevin layihəsi idi” - Rasim Balayev
Tarix 18.05.23, 20:00 |
|

Redaksiyamıza qonaq gəlmişdi. Bu yaxınlarda 75 illiyini qeyd eləmiş sənətkar çox yorğun görünür. Sənətinə pərəstiş edən hər kəs ətrafına toplanır. Əlini sıxmaq istəyən kim, şəkil çəkdirmək istəyən kim. Hərə ilə 3-5 kəlmə danışır və məzəli şəkildə "daha konturum qurtardı” deyir. “Niyə”sini söhbətimizdə biləcəksiniz.
Lent.az-ın müsahibi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
- Rasim bəy, necəsiniz?
- Konturum qurtarıb.
- Necə yəni?
- Rəhmətlik Habil Əliyevin sözü idi bu. Halını soruşanda deyərdi konturum qurtarıb. Yəni enerjim tükənib anlamında. Dilimə düşüb. Mənim də konturum bitib. Yaş öz sözünü deyir, yorulursan. Enerjin tükənir.
- Axsayırdınız. Ayaqlarınız incidir?
- Cavanlıqda “ Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxılmışdım. İllər sonra özünü göstərir. Onurğamda yaranmış problemlər ayaqlarıma vurur.
- “Babək”, “Nəsimi”, “Arxadan zərbə”, “Dədə Qorqud”. 60 -70-ci illərdə çəkilmiş bu filmlərin ləzzətində, dadında filmlər görə bilmədik son 30 ildə. Mən hələ təkcə sizin iştirak etdiyiniz filmlərin adını çəkdim. Halbuki indiki dövrdə texnoloji yeniliklər çox, istedadlı aktyorlarımız çox. İmkanlar daha yaxşı. Bəs niyə elə filmlərimiz yoxdur? Nə çatışmır?
- O qədər şey çatışmır ki. Yaxşı rejissorlar, yaxşı əsər yazanlar, kinossenaristlər yoxdur. O gün kinoforumda da dedim, əvvəllər respublikaya yer verirdilər. Gedib Moskvada, Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alırdılar. Güclü, beynəlxalq səviyyəli məktəb idi. Bu ənənəni davam etdirmək lazımdır. İndi orda təhsil pulludur. Nazirdən xahiş elədim, imkan yaratsınlar, ildə bir operator, bir aktyor, bir rejissor gedib təhsil alsın. Beynəlxalq təcrübə qazansın. Yoxsa yerindən duran film çəkir. Toy çəkən də deyir rejissoram, kino çəkmişəm.
- O gün çox nüfuzlu aktyorlarımızdan biri deyirdi ki, Rasim Balayevin yeri əslində Kino İttifaq yox, Teatr Xadimləri İttifaqıdır. Sizcə haqlıdır?
- Yox. Mən elə Kino İttifaqında yaxşıyam
- Çox aktyorlar şikayət edirlər ki, kino ittifaq bütün aktyorları əhatə eləmir. Bir kinomuzun iki ittifaqı var. Necə düşünürsünüz, hamını əhatə edə bilmək üçün yeniləri də yaradılmalıdır, yoxsa bu var olan iki ittifaq birləşməlidir?
- Birləşməlidir əlbəttə. Bir kino ittifaq olmalıdır. Bu birmənalı şəkildə belədir. Onu yaratdılar. Sənətkarların arasına qalmaqal, söz - söhbət saldılar. Əsl ittifaq bizik, 65 yaşımız tamam olur. Onu süni surətdə yaratdılar, sonra da bağlaya bilmədilər. Çünki ictimai təşkilatdır. Əli Həsənov və Ramiz Mehdiyevin layihəsi idi bu.
- Şəfiqə xanımla münasibətləriniz necədir?
- Normal.
- Bir ara öz əməkdaşları ondan gileyləndilər, hətta saxtakarlıqda ittiham etdilər.
- Mən qarışmasam yaxşıdır. Özləri bilərlər.
- Sizin ittifaqda əməkdaşlar maaş alırlar? Şəfiqə xanımın yanındakılar deyirlər maaşsız işləmişik. Belədirsə, niyə vəzifəyə can atırlar?
- 15 işçimiz var. 1 hesabdar, birinci katib, sədr, redaktor və s. Maaş alır hamısı. Bir də ictimai əsaslarla işləyənlər var.
- Dondurulan filmlərin taleyi necə olur? Pullar tökülür , film çəkilişi başlayır. Çox zaman ya yarımçıq qalır, ya da film başa çatsa da deyirlər lazım olmadı.Dövlətin bu çəkilişlərə sərf etdiyi pullarının aqibəti necə olur bəs?
- Adam var 2-3 min pul mənimsəyib tutub basırlar dama. Amma film çəkilişlərində yüz minlərlə pul havaya sovrulur, soruşan yoxdur ki, a bala, o pullar necə oldu?
- Bununla bağlı müraciət eləmisiniz?
- Eləmişik. Görünür dondurulan film elə çəkilib ki, o bizə lazım deyil.
- Belə çıxır ki, elə ən yaxşı korrupsiya yoludur…
- Belə çıxır. Əvvəllər nəzarət var idi. Film çəkilirdi, 2400 metr xronometrajı olmalıydı. 500 metr çəkiləndən sonra Bədii Şura yığışıb baxırdı. Baxırdılar, nə düz gedir, nə getmir, nə dəyişməlidir. İndi nə o nəzarət var, nə də qiymət verən düz verir.
- Bir zamanlar siz, Rafael Dadaşov və bir neçə aktyorlarımız var idi ki, yaraşığına, istedadına görə, heç də dünya şöhrətli Alen Delondan, Jan Maredən geri qalmırdınız. Amma dünyaya çıxa bilmədiniz. Niyə belə oldu?
- Sovetin öz qanunları var idi. Bir də yerlərdə heç nəyə imkan verməyən məmur faktoru. Elə oldu ki, çıxa bilmədik.
- Bir də şans verilsə, yenidən bu yolu seçərdiniz? Heç oturub düşünəndə kaş ki, bu sənəti seçməzdim dediyiniz olub?
- O qədər psixoloji gərginliklər, yoğun duyğu seli yaşamışam, istər - istəməz bu məni tükəndirib. Qurban olum Allaha, mən deyirdim heç 70 yaşa çatmaram. Amma indi 75 oldum. Nə o qulac - qulac saçlar qalıb, nə o şuxluq. Bu yolu seçərdimmi? Bilmirəm (düşünür). Cavab vermək çətindir, çox çətindir. Ən çətin sual bu oldu.
Xəbərin oxunma sayı : 505
Müsahibə
Xəbərlər
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Otellərdə ən çox hansı ölkələrin vətəndaşları qalıb? - Siyahı
-
Ağdamdakı meşə yanğını Xocavəndə çatdı - Helikopterlər havaya qalxdı
-
Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər
-
Ali məktəblərdə təhsil haqları artırılır? - VİDEO
-
Kür çayında suyun səviyyəsi 4 metrdən çox düşüb - VİDEO
-
Qəzzada aclıqdan ölənlərin sayı 120-ni keçdi - 80-dən çoxu uşaqdır
-
“Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur” - Tramp
-
Antalyada meşə yanğını Bülent Ersoyun villasına sıçrayıb - Sənətçi təcili təxliyə olunub
-
Əməkhaqqı kartında inqilab - Yeni dövr başlayır
-
İşğal zamanı əsirlikdə və girovluqda olanlar ifadə verdilər - Fotolar
-
“ABŞ Rusiya ilə əməkdaşlıq edəcək“ - Donald Tramp
-
Oleq Bakinski azadlıqda qaldı - Qalmaqallı prosesdə ağır ittihama bəraət verildi
-
Bayramov və Fidan arasında telefona danışığı - Sülh prosesi müzakirə edildi
-
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - Nazir konkret tapşırıqlar verdi
-
Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür - Müdafiə Nazirliyi
-
“Qlisin” apteklərdə niyə yoxa çıxıb? - AÇIQLAMA
-
“Premium Bank” və onun vəzifəli şəxsi cərimələndi - 60 min manat
-
Bu yollar bağlanacaq - Sürücülərin nəzərinə!
-
İnəkləri sağa bilmədiyi üçün arvadını döymüşdü - Bu cəzanı aldı
-
Polis Pirallahıda əməliyyat keçirdi: 42 kq narkotik vasitə aşkar olundu
-
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
-
Həmkarlar İttifaqında istefalar - Sahib Məmmədov əməkdaşlara qarşı qeyri-adekvat münasibət göstərir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Bakıda söyüş söyən həkim həbs edilib: “Pasiyent pulumu vermirdi...“
-
“Putin və Tramp ilə görüşə bilərəm“ - Ərdoğan
-
Məşğulluq Agentliyi anbar icarəyə götürür - Ayda 106 min verəcək
-
“Rusiya Dnepropetrovsk vilayətini ələ keçirmək istəyir“ - Zelenski
-
“Turan Tovuz“un “Traktor“la oyunu ləğv olundu - Səbəb açıqlandı
-
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
-
İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN
-
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
-
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
-
Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? - VİDEO
-
Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA
-
Bank sektorunun son vəziyyəti açıqlandı - Əmanətçilərin sayı artıb
-
Pirşağı çimərliyində təhlükəli vəziyyət: dənizin qumunu kimlər daşıyır? - FOTO
-
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
-
Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq - Sabahın havası
-
Hakan Fidanın bu görüntüləri gündəm oldu - “Konkret ünvanlara mesaj verir...“
-
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb - Tendersiz
-
Problemli kreditlər sürətlə artır: Bir ayda 19 milyon manat...
-
“Meqa Sığorta“nın yığımları ilin əvvəlindən azalır - 2,3 milyonluq eniş...
-
İş adamı Rövşən Mehdiyev həbsdən buraxılıb - Dələduzluq ittiham ulunmuşdu
-
ABŞ-dən Şimali Koreyaya yeni sanksiyalar - 1 şirkət və 3 vətəndaşa maliyyə qadağası
-
Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO
-
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
-
Növbəti estetik əməliyyat qurbanı - Bədəni çürüyür
-
Goranboyda dəhşətli qətl:Yeniyetmə ana və nənə öldürüldü
-
İş adamı “Mega Sığorta”dan pulunu ala bilmir - Qanun nə deyir?
-
Allahverdi Yolçuyev müalicəsi üçün küçədə corab satır - VİDEO
-
Daha 110 ailə azad olunmuş ərazilərə yola salındı - Fotolar
-
Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır? - VİDEO
-
UEFA Konfrans Liqası: “Sabah“ Moldova klubunu məğlub edib
-
Qusman vəzifəsindən azad edildi - 2 gün əvvəl Qarabağda olub
-
Sabah bu ərazilərdə işıq kəsiləcək - XƏBƏRDARLIQ
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb - DİM məlumat yaydı
-
Prezident bu tələbələrə verilən təqaüdləri artırdı - SƏRƏNCAM
-
Altmışdan çox zərərçəkmiş danışdı - Onlar dinlədi-Fotolar
-
Polis narkotacirlərin saxlanılması əməliyyatından görüntüləri yaydı - Video
-
12 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olunub - RƏSMİ
-
Sabah 39 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
-
Kamboca-Tailand sərhədində qarşıdurma - Ölənlər var
-
“Fənərbaxça” Avropa Liqası səviyyəsində komandadır” - Joze Mourinyo
-
“Zəngəzur dəhlizi iki ölkənin suveren məsələsidir” - Peskov
-
Bakıda bu bağçada qeydiyyatsız uşaq və maliyyə maxinasiyası: müdirə işdən qovuldu
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - TAM SİYAHI
-
Təlim-Tədris Mərkəzində rüşvət işi - MAXE qəbulunda rüşvət oyunu
-
Aİ ABŞ mallarına 30% rüsum tətbiq edə bilər – “Bloomberg”
-
Zakir Fərəcov inşaat şirkətindən geyim alır - 395 min manatlıq şübhəli tender
-
Gecə səkini dağıdılaraq parkinqə çevirdilər - Gündüz bərpa etdilər + FOTOLAR
-
“İki kilometr aralıdakı şəhid bulağından su daşıyırıq...” - Video
-
Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ
-
Bayden memuarlarının hüquqlarını satdı - 10 milyon dollara
-
“Sən də öz günahına görə pul ödəməlisən” - Baş həkimi şantaj edənə ağır cəza kəsildi
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib - Nələr müzakirə olunub?
-
Arvadına və qayınatasına vintaçanla xəsarətlər yetirdi - Neftçalada
-
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
-
Füzulidə dağlıq ərazidə baş vermiş yanğın nəzarətə götürülüb - FHN
-
Bakıda yeni metro stansiyaları - Layihələndirmə işləri başladı
-
Mərkəzi Bank faizləri endirdi: manata nə təsiri olacaq?
-
Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?
-
Dövlət Agentliyi hansı ekspertlərlə “işləyir“? - 101 min manatlıq anlaşma var
-
Yevlaxda dəhşətli hadisə: Torpaq üstündə həmkəndlisini öldürdü
-
Təhsil üçün xaricə gedənlər oxusun: diplomunuz bata bilər
-
Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu - Məhkəmədən son qərar
-
Nigar Camal festivala bodidə gəldi - VİDEO
-
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - VİDEO
-
“Sun City Hotel Spa Naftalan“-da Özbəkistan vətəndaşının ölümü - FOTO
-
Çempionlar Liqası: “Qarabağ“ “Şelburn“u darmadağın etdi
-
Renka motosikletinin qiymətini açıqladı - FOTO
-
“Hayduk“la matçda qələbəyə yaxın olan tərəf idik“ - Rəşad Sadıqov
-
Firudin Qasımovun ölkədən çıxışına “stop” qoyuldu - Vergi borcuna görə
-
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib - Bəzi məsələlərdə razılaşma olub
-
Xətai rayonunda lift problemi sakinləri təngə gətirib - VİDEO
-
Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ
-
34 ildə 340 nəfər “Əməkdar jurnalist” adı alıb - AÇIQLAMA
-
İstanbul danışıqları sülhə aparan yol ola bilər - Hakan Fidan
-
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
-
Yeni təhsil proqramları hazırlanır - Komissiyanın növbəti iclası keçirildi
-
Balakəndə kafeyə hücum edildi - qadın ölümlə hədələndi - FOTO
-
Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub - VIDEO
-
Gəncədə atışma olub - Polislə axtarışda olan şəxs arasında
-
Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır - XƏBƏRDARLIQ
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
-
Bəzi ərazilərə leysan yağacaq - XƏBƏRDARLIQ
-
“ASAN Xidmət“ deputata məxsus mebel şirkətindən geyim alır - 745 minlik
-
DİN çimərliklərdə nəzarətsiz qalan uşaqlarla bağlı çağırış etdi - Video
-
İqtisadiyyat Nazirliyində yeni təyinatlar - Aparat rəhbəri dəyişdi
-
Neft Fondu pullarını hansı ölkələrdə saxlayır? - Tam siyahı
-
Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat - Nazir əmr imzalayıb
-
“Çelikoğlu“ MMC işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi
-
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
-
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“MSDIS Holding“ cərimələndi - Valyuta qaydalarını pozduğuna görə
-
“Bakı Qida və Yağ Fabriki“ tullantı sularını çaya axıdıb - Fotolar
-
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
-
Neft Fondundakı pullar hansı valyutalarda saxlanılır? - SİYAHI
TOP 10
ARXİV