Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Kabayevanın gizli milyardları üzə çıxdı - Gizli maaşlar, saxta rəqəmlər

Tarix 15.04.26, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada Alina Kabayeva ilə əlaqələndirilən fondların maliyyə fəaliyyəti ilə bağlı geniş araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.

Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, jurnalistlər Kabayevanın Xeyriyyə Fondu və Nebesnaya Qrasiya (“Səma zərifliyi”) adlı bədii gimnastika klublarının beynəlxalq assosiasiyasının 2025-ci il üzrə maliyyə hesabatlarını təhlil ediblər. Hər iki qurumun təsisçisi və rəhbəri kimi Kabayeva göstərilir.

▪️ Gəlirlər kəskin artıb
2025-ci ildə bu strukturların ümumi gəliri ilk dəfə 1 milyard rubldan çox olub – əvvəlki illə müqayisədə ciddi artım qeydə alınıb. Belə ki, fond 516,5 milyon rubl, “Nebesnaya Qrasiya” isə 680,8 milyon rubl gəlir əldə edib. Bu vəsaitlərin əsas hissəsi bank depozitlərindən əldə olunan faizlərdən formalaşıb.

Fond 2025-ci ildə banklarda 3,9 milyard rubl, assosiasiya isə 6,3 milyard rubl vəsait saxlayıb. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstəricilər xeyli aşağı olub – müvafiq olaraq 3,2 milyard və 3,8 milyard rubl.

▪️ Milyardlıq ianələr – mənbə qeyri-müəyyən
2025-ci ildə “Nebesnaya Qrasiya” naməlum bir Rusiya təşkilatından 3,3 milyard rubl ianə alıb. Fondun özünə isə əlavə vəsait daxil olmayıb. Maraqlıdır ki, 2024-cü ildə bu assosiasiyaya edilən ianə cəmi 100 milyon rubl idi – yəni 33 dəfə az.

Araşdırmada vurğulanır ki, Kabayevanın fondunun saytında ianə üçün nə əlaqə məlumatı, nə də rekvizitlər göstərilib və vəsaitlərin necə toplandığı aydın deyil.

▪️ İdman xərcləri minimal səviyyədədir
Bu strukturların əsas fəaliyyət istiqaməti – gimnastika yarışlarının təşkili, festivallar və idmançıların dəstəklənməsi üçün ayrılan vəsait son dərəcə azdır.

2025-ci ildə fond bu məqsədlərə 36,2 milyon rubl, “Nebesnaya Qrasiya” isə 112 milyon rubl xərcləyib. Ümumilikdə bu məbləğ onların bank depozitlərində saxladıqları vəsaitin cəmi 1,45%-ni təşkil edir.

Həmçinin qeyd olunur ki, 2024-cü illə müqayisədə idmana ayrılan vəsait təxminən iki dəfə azalıb – həmin il fond 156,5 milyon, assosiasiya isə 154,5 milyon rubl xərcləmişdi.

▪️ Maaşlar gizlədilir
Rəsmi hesabatlarda yalnız idarəetmə heyətinin xərcləri göstərilib və bu rəqəmlər çox aşağıdır. Məsələn, “Nebesnaya Qrasiya”da 2,27 nəfər (yəni biri tam ştat deyil), fondda isə cəmi 2 nəfər işləyir kimi təqdim olunur. Onların aylıq maaşı təxminən 29,6 min rubl göstərilib ki, bu da minimal əməkhaqqına yaxındır.

Lakin sızdırılmış məlumatlara görə, əslində fondla əlaqəli təxminən 40 nəfər əməkdaş mövcuddur və onların maaşları rəsmi hesabatlarda göstərilmir. Bu siyahıda Kabayevanın bacısı Leysan Kabayeva, həmçinin onun yaxın çevrəsinə daxil olan Yuliya Nazarova, Anna Nazarova və Elena Yerxan kimi şəxslər də yer alır.

Ən yüksək maaş isə Rusiyanın əməkdar məşqçisi Raisa Belikovaya məxsusdur – 700 min rubl. Ümumilikdə real maaş xərcləri 5 milyon rubl təşkil etdiyi halda, rəsmi hesabatda cəmi 711 min rubl göstərilib.

▪️ Ekspert rəyi: fondlar maliyyə “rezervuarıdır”
Araşdırmada ekspert İlya Şumanovun fikirləri də yer alıb. Onun sözlərinə görə, bu fondlar formal olaraq xeyriyyə təşkilatı kimi təqdim olunsa da, əslində maliyyə vəsaitlərinin toplanması və idarə olunması üçün istifadə olunur:

“Bu təşkilatlar ictimai institutdan çox maliyyə rezervuarına bənzəyir. Onlar daşınmaz əmlak ala, biznes-avia uçuşlarını maliyyələşdirə, yaxta icarəyə götürə bilər – və bütün bunlar formal olaraq qanun pozuntusu sayılmaya bilər”.

Ekspert hesab edir ki, fondlara vəsaitlərin əsasən dövlətə yaxın şirkətlər və oliqarx strukturlar tərəfindən yönəldildiyi ehtimal olunur.

▪️ Oxşar hallar başqa elit dairələrdə də var
Araşdırmada qeyd olunur ki, Rusiyada digər elitaya yaxın qeyri-hökumət təşkilatlarında da real maaşların gizlədilməsi halları müşahidə olunur. Məsələn, Yelena Mizulina ilə bağlı oxşar maliyyə uyğunsuzluqları barədə məlumatlar yayımlanıb.



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap