Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Meloni də Trampı məyus etdi - “O məni şoka salıb“

Tarix 14.04.26, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Ciorcia Melonini tənqid edərək, onun mövqeyinin Vaşinqtonun İranla münaqişədəki addımlarını kifayət qədər dəstəkləmədiyini bildirib.

ABŞ lideri bunu "Corriere della Sera"ya müsahibəsində deyib.

"Sizin Baş nazirinizin neft əldə etməkdə bizə heç bir kömək göstərməməsi faktı italiyalıların xoşuna gəlirmi? Bu, insanların ürəyincədir? Mən bunu təsəvvür edə bilmirəm. O məni şoka salıb. Düşünürdüm ki, o cəsarətlidir, amma yanılmışam", - Tramp qeyd edib.
Ətraflı

Onun sözlərinə görə, ölkənin enerji resurslarından asılılığına baxmayaraq, Meloni İtaliyanı Yaxın Şərqdəki vəziyyətə cəlb etmək istəmir: "O sadəcə deyir ki, İtaliya cəlb olunmaq istəmir. Baxmayaraq ki, İtaliya öz neftini oradan alır, baxmayaraq ki, ABŞ İtaliya üçün çox vacibdir. O hesab edir ki, İtaliya bu prosesə cəlb olunmamalıdır. O düşünür ki, ABŞ bu işi onun əvəzinə görməlidir".

Meloni Trampın Roma Papası XIV Leonun ünvanına səsləndirdiyi bəyanatları, Ağ Ev lideri isə İtaliya Baş nazirinin İranla bağlı mövqeyini qəbuledilməz adlandırıb: "Bu qəbuledilməzdir, çünki İranın nüvə silahının olub-olmaması onun vecinə deyil. İmkanı olsaydı, İran İtaliyanı iki dəqiqə ərzində partladardı".

ABŞ lideri əlavə edib ki, Meloni onun təsəvvür etdiyindən çox fərqlənir.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap