Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Neftin qiymətləri noyabra qədər sabitləşə bilər“ - Tramp

Tarix 15.04.26, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İranla münaqişə başa çatdıqdan sonra neftin qiymətlərinin ucuzlaşa biləcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"İranla münaqişə başa çatan kimi amerikalılar yanacaqdoldurma məntəqələrində ucuzlaşma görə bilərlər", - Tramp deyib və bunun 2026-cı ilin noyabrında ABŞ-də keçiriləcək aralıq seçkilərinə qədər baş verə biləcəyini qeyd edib.

Bununla belə, o hesab edir ki, İrandakı hərbi əməliyyatlar dünya iqtisadiyyatına ziyan vurur, lakin o (dünya iqtisadiyyatı - red.) sonradan tamamilə bərpa olunacaq.

O, həmçinin qeyd edib ki, İrandakı münaqişə çox tezliklə başa çata bilər, lakin Tehranın nüvə silahı yaratmaq cəhdi İran xalqının əleyhinə çevrilə bilər.

"Əgər onlar nüvə silahına sahib olmaq niyyətindədirlərsə, biz daha bir müddət onlarla qalacağıq. Amma mən onların nə qədər vaxt sağ qala biləcəklərini bilmirəm", - o bildirib.

Tramp əlavə edib ki, İran limanlarının ABŞ hərbçiləri tərəfindən blokadaya alınmasını təsirli hesab edir və Tehranın buna reaksiyasını heyrətamiz adlandırıb.

"Düzünü desəm, bu, heyrətamiz idi. Mən bunun belə olacağını düşünürdüm", - Prezident əlavə edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri başladıqdan sonra neft qiymətlərində əhəmiyyətli artım müşahidə olunur.



Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap