Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Həmin siyahıda Dilqəm Məhərrəmovla xanımının da adı yoxdur - “Heç gözləmirdik…”

Tarix 18.04.25, 14:33

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, ötən gün Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yenilənəcək.

AzFakt.com Oxu.az-a istinadən xəbər verir ki, bir çox tanınmış plastik cərrahların adının həmin siyahıda yer almaması suallar yaradıb.

Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub: “Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək.

Siyahı açıqlandıqdan sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik Cərrahiyyə Şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi 4 rezidentin adı siyahıdadır, amma onun - müəllimin adı yoxdur. Halbuki 5 ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”

Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib: “Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın”.

Qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda onun da adı yoxdur. 

Xatırladaq ki, Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer almışdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayan cərrahlar Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər.



Xəbərin oxunma sayı : 931




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap