![]() |
|














DTX Azərbaycandakı İran agenturasını və silahlı dəstəni həbs etdi - "İran səfirliyinin avtomaşını ilə..." + VİDEO
Tarix 01.11.22, 21:06 |
|

İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.
DTX-dan verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilmişdir.
Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılmışlar.
Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülmüşdür.
Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılmışlar.
Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilmişdir. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunmuşdur. Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Məlum olmuşdur ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj etmişlər. Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir.
Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.
Xəbərin oxunma sayı : 2128
loading...
Gündəm
Xəbərlər
-
Fransa millisində kapitanlıq qalmaqalı: Qrizman yığmadan gedəcək?
-
Laçın-Xankəndi yolundakı aksiya 101 gündür davam edir
-
Türkiyədə prezident seçkiləri üçün 11 namizədin adları açıqlanıb - SİYAHI
-
Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? - VİDEO
-
“Azərbaycan Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırdır“ - İlham Əliyev
-
Müdafiə Nazirliyi sülhməramlıları yenə ittiham etdi - “Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir“ (VİDEO)
-
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib - “On minə yaxın erməni hərbçisi Azərbaycan ərazisindədir“
-
“ABŞ Dövlət Departamentinin hesabatı Gürcüstan hökuməti üçün maraqlı deyil“ - Baş nazir
-
QMİ Ramazan ayı ilə bağlı fətva verib
-
Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər, təhsil ocağı tikiləcək - FOTO
-
“Dünya Rusiyanın Çin tərəfindən dəstəklənən taktikasına aldanmamalıdır” - ABŞ dövlət katibi
-
Putin Çin Sədri ilə görüşdə Ukraynanı müzakirə edib - Danışıqlara açıq olduğunu bildirib
-
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb - Video
-
Novruz bayramı milli həmrəyliyimizi daha da gücləndirir
-
Xalqımızın ən əziz bayramı – Novruz
-
Novruz - dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı
-
Haland ən yaxşı seçildi - Çempionlar Liqası
-
“Su-25 Polşa silahı ilə Baxmutda vurulub“ - Ukrayna SQ
-
Əlaçılar niyə zəif nəticələr göstərirlər? - VİDEO
-
“Putinə qarşı hücumu Rusiyaya təcavüz kimi qiymətləndiririk“ - Dumanın spikeri
-
Ölkəyə gətirilən hibrid avtomobillərin sayı azaldı - Qiyməti 2 dəfədən çox artdı
-
“NATO-dan Ukraynaya gələn bütün texnika məhv ediləcək“ - Peskov
-
Azərbaycanda qaz limiti ləğv ediləcək? - VİDEO
-
“Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır” - Prezident
-
“Baxmutun itirilməsi digər şəhərlər üzərində nəzarəti təhlükə altına qoya bilər“ - Ukrayna XİN
-
“Deputat Musa Qasımlı yanlış təəssürat yaradıb“ - Elm və Təhsil Nazirliyi
-
“İsveçdən 124 terrorçunu istədik, vermədilər“ - Türkiyə Prezidenti
-
Latviya 35 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda müğənnilər və aktyorlar da var
-
Sabiq deputatın ailə üzvlərinə məxsus bankda pozuntu - Cinayət işi açıldı
-
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə “hə” deyib
-
“Bəzi küçə adlarının nəyi ifadə etdiyi bilinmir“ - Qənirə Paşayeva
-
“Əkin sahələrinin selləmə kimi suvarılması dövrü bitdi” - Əli Əsədov
-
İcbari tibbi sığortaya daxil olan xidmətlərin qiyməti dəyişə bilərmi? - AÇIQLAMA
-
Baş Prokurorluğun idarəsinə təyinat - Kamran Əliyevdən ƏMR
-
“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq” - Deputat
-
Bakı metrosunda qadınlar arasında dava - VİDEO
-
Dövlət qurumlarında tender maxinasiyası: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?
-
Əli Əsədov su probleminin səbəblərini açıqladı - VİDEO
-
“Azenco” ASC səhmdarların ümumi yığıncağın keçirəcək
-
Deputat iclasda naziri tənqid etdi: “Planlama sıfır səviyyəsindədir“
-
Peşə təhsili ilə bağlı yeni qərar - Prezident fərman imzaladı
-
Ordubad rayonunun icra başçısı vəzifədən azad olunub
-
Məşhur restoran sahibləri cərimələndi - SİYAHI
-
Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələr - Siyahı
-
Tağı Əhmədovun sağlıq durumu getdikcə pisləşir - Əlil arabasına möhtac qalıb
-
“O dərəcədə şərəfsiz…” – Bibisi oğlu olan tanınmış müğənni Bəxtiyar Hacıyev olayından danışdı
-
“Əgər bu, idxal olunan inflyasiyadırsa, qiymət bizdə niyə düşməyə başlamır?“ - Əli Məsimli
-
Bakıda narkotik satan və oğurluqlar edənlərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO
-
“Mənə qibtə eləyənlərə deyirəm ki, sağ əlim onların başına” - Məleykə Abbaszadə
-
“Yüzminlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığının qurbanıdır“ - Deputat
-
Bakı beton şəhərə çevrilib, ETSN isə araşdırma aparır - FOTO
-
Fəridin yaxınları İran səfirliyi önündə aksiya keçirdi - Fotolar
-
Messi ilə PSJ arasında bağlar qopdu - Argentinalı məşqə gəlmədi
-
Ziraat Bank Azərbaycandan Qarabağımıza qarşı hörmətsizlik - FOTO
-
“İmtahan zalına bıçaq və qumbara keçirməyə cəhd halları olub” - Məleykə Abbaszadə
-
“Hazırda ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır“ - Əli Əsədov
-
“Moldovada rus dezinformasiyası tüğyan edir “ - ABŞ radiosu
-
Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi - FOTO
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunsuz server yaradıb: “Bu tender Prezident fərmanını pozmaqdır”
-
“Səudiyyə Ərəbistanı ilə İranın razılaşması Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə dəyişdirir” - Kissincer
-
"Kupça"sı olmayan evlərlə bağlı sevindirici xəbər: Bu tarixə qədər... (VİDEO)
-
“Milyonlarla büdcə“ yeyildi, Qarabağ müharibəsi haqda film çəkilmədi“ - VİDEO
-
Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
Həcc ziyarəti niyə bahalaşdı? - AÇIQLAMA + VİDEO
-
Kanadalı general hökuməti məhkəməyə verdi: Altı milyon dollar təzminat tələb etdi
-
“Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik” - Kim Çen In
-
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
-
Putin İlham Əliyevə zəng edib – Nələr müzakirə olunub?
-
Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni
-
Aygün Kazımova maraqlı tərzi ilə diqqət çəkdi - FOTO
-
İsrail Ukraynaya niyə silah verə bilmir? - SƏBƏB
-
Bakı sakinlərinin nəzərinə - Aprelin 24-dən 29-dək...
-
“Türk İnvestisiya Fondu iqtisadi birliyə töhfə verəcək“ - Ərdoğan
-
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır - VİDEO
-
Naxçıvanda yeni agentlik yaradıldı - FƏRMAN
-
Xəzərin Azərbaycan sektorunda balıq tapmaq müşkülə çevrilib - VİDEO
-
461 hərbçi yeni mənzillərlə təmin olundu
-
Nazirlik qoyunlara 74 milyon manat xərcləyəcək - TENDER
-
Zaxarova Paşinyanın açıqlamalarını “möcüzəvi” və “izaholunmaz” adlandırdı - VİDEO
-
Güneydə çox sayda fəal məhkəməyə çağırılaraq təhdid edilib - FOTO
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
-
İnterpolun axtardığı azərbaycanlı Norveçdə tutuldu
-
YAP İdarə Heyətinin iclası keçirilib - 38 nəfər partiya sıralarından xaric olunub
-
“Ermənistan Qərbi Azərbaycanda mədəni irsimizi dağıdıb” - İlham Əliyev
-
Rusiyanın “Su-27” təyyarəsi ilə ABŞ PUA-sının toqquşma anı - VİDEO
-
Prezident bu şəxslərə ali xüsusi rütbələr verdi - SƏRƏNCAM
-
Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası
-
Hotellərdə bayram qiymətləri: 750-830 manat - VİDEO
-
Bakıda 14 yol sahəsində sürət hədləri endiriləcək - FOTO
-
Ərdoğan İlham Əliyevə təşəkkür etdi - VİDEO
-
Günün transfer şayiələri: “Yuventus“ PSJ-nin ulduzuna göz dikib
-
Vilayət Eyvazov Şəmkirdə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!
-
“Fransa Avropada islamofobiya və türkofobiyanın mərkəzi kimi davranır“ - QMİ sədri
-
Hava bu tarixdən kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda daha iki iranpərəst dindar tutuldu - DETALLAR
-
Nərminin meyitini və İlkin Süleymanovu müayinə edən ekspert dindirilib - MƏHKƏMƏ
-
Ağsu Suvarma Sistemləri İdarəsindən müəmmalı boru əməliyyatı – İdarə rəisinin oğlanlarına qarşı ittiham
-
TDT-nin fövqəladə Zirvə Görüşü: Ərdoğan Azərbaycan Prezidentini qarşılayıb
-
Hacı Şahinin dəfni sonrası dindarları hədəfə alanlar kimlərdir? - Bir qərəzin izi ilə...
-
Ağdamda mina partlayışı: İki nəfər həlak oldu
-
“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb” - Paşinyan
-
Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilir - CANLI YAYIM
-
Nazirlik tədbir keçirdi, musiqiçi oğurluq etdi, həbs olundu - TƏFƏRRÜAT
-
Sahil Babayevin 1.2 milyonluq tenderi... - ekspert qanunsuz sayır
-
Qara dəniz döyüş meydanı kimi – “Nyu-York Tayms”
-
Bakının ən işlək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır - FOTO
-
“Son on ildə Azərbaycanda uzunömürlülük artıb“ - Səhiyyə nazirinin müavini
-
Davada öldürülən DSX əməkdaşı Qarabağ Qazisi imiş - TƏFƏRRÜAT
-
Yeni təyin olunan 36 yaşlı nazir kimdir? - DOSYE
-
“Tərtər işi“ məhkəməsi kimlərin başını aparacaq? - yeni iddialar
-
Həmkərlar İttifaqı Konfederasiyasında dəhşətli maxinasiyalar - Səttar Möhbalıyevin “putyovka” biznesi...
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - 7 dollar...
-
Dövlət Xidməti Bakıdakı məşhur restoranları CƏRİMƏLƏDİ
-
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb - Yeni nazir təyin olunub
-
ABŞ dünyanı dollarla təhdid edir - 2008-ci il böhranı təkrarlanacaq?
-
Şirvan rayonunda kanalizasiya suları Kür çayına axıdılır - FOTO
-
Bakıda kütləvi dava - Ölən və yaralanan var
-
Rüfət Səfərova küçədə zorakılıq olub - Saxlanılan var
-
Laçın-Xankəndi yolu: Aksiya 95 gündür davam edir
TOP 10
ARXİV