Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Direktor müavini təyin olundular - Agentlik məlumat yaydı

Tarix 09.04.26, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Günel Mustafayeva ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "Tarix” ixtisası üzrə alıb. O, əmək fəaliyyətinə 2007-ci ildə Şəki rayonu Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi olaraq başlayıb və 2020-ci ilədək fəaliyyətini davam etdirib. 2020-ci ildən etibarən son təyinatadək həmin müəssisədə direktor vəzifəsində çalışıb.

G.Mustafayeva müxtəlif ixtisasartırma proqramlarında və layihələrdə iştirak edib, ADA Universitetinin "Bir Müəllimin Manifesti” təhsil proqramını, "İnnovativ məktəb direktorları” layihəsini uğurla başa vurub.

Xəyal Poladov ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində "Coğrafiya müəllimliyi” ixtisası üzrə alıb.

O, əmək fəaliyyətinə 2006-cı ildə Tovuz rayonu X.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, 2009–2022-ci illərdə Tovuz rayonu R.Alıyev adına tam orta məktəbdə fəaliyyətini davam etdirib. 2022-ci ildən etibarən son təyinatadək Tovuz rayonu Yanıqlı kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb. 



Xəbərin oxunma sayı : 1120




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap