“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA

Tarix 10.02.25, 8:25

Font ölçüsü : - / +
bitmap-img6


Son illər özünü həkim-kosmetoloq adlandıranların sayı sürətlə artıb.

Araşdırmalar zamanı məlum olub ki, bu şəxslərin nə diplomları var, nə də kosmetoloq kimi fəaliyyət göstərmək üçün rəsmi icazələri. Buna baxmayaraq, onlar müxtəlif prosedurlar həyata keçirir və insanların sağlamlığını riskə atırlar.

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, kosmetoloq kimi yalnız baza və ali tibb təhsili olan şəxslər çalışa bilərlər. Yəni hər yerindən duran özünə kosmetoloq deyə bilməz:

"Avropada həkim olmayan şəxs xəstənin üzünə iynə vura, mezoterapiya edə və digər prosedurları apara bilməz. Yəni bu sahədə çalışan şəxs ən azı anatomiya, fiziologiya və bədəndə gedən prosesləri bilməlidir. Kosmetoloq adını yalnız həmin sahənin lisenziyasını almış şəxs daşıya bilər. Lisenziya isə müvafiq sənədlər əsasında verilməlidir".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla konservativ və korreksiya üsulları daxildir:

"Bu üsullar kosmetoloji işə aid olduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər".

Həmçinin qeyd edilib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 808




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap