Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

Daha bir gömrük polkovniki işdən ayrıldı - “Bu gün əmrim çıxdı...“

Tarix 12.08.22, 11:39

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinin həbs edilən idarə rəisi Məsum Rəsulovun  müavini polkovnik Fikrət Ələsgərli işdən ayrılıb. 

Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən getdiyini bildirib: “23 illik bir həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm”.

Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək: “İrəli baxaraq, təcrübəmi biznes həyatında davam etdirmək qərarına gəldim. İnşallah, bu yolda da alnıaçıq fəaliyyət göstərərək gömrüklə əlaqəli olan biznes subyektlərinə xeyrim dəyər”.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.

Həmin əməliyyatdan sonra M. Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi.

Lakin F.Ələsgərli Bakupost.az -la əlaqə saxlayaraq iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi: "Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Bu ayın 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam". (Bakupost.az)



Xəbərin oxunma sayı : 919

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap