Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

DİN-dən saxlanılan “siçan”la bağlı AÇIQLAMA

Tarix 29.09.22, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu ərazisində - “Tarqovıy” adlanan yerdə maskot (“siçan” obrazında) fəaliyyəti göstərən şəxsin saxlanılması və məhkəmə tərəfindən cərimələnməsinə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, maskot kimi fəaliyyət göstərən şəxsin fəaliyyətinin məhdudlaşdırılması qanunla tənzimlənir: “Küçədə hansısa ödəniş müqabilində lisenziyalaşdırılmayan fəaliyyət qanunsuz hesab edildiyi üçün inzibati xəta—küçə ticarətinin tərkib əlamətlərini yaradır. Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərən şəxsə bu əməllə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, iradlara məhəl qoymadığı üçün müvafiq polis orqanına dəvət edilən zaman polisin qanuni tələblərinə qəsdən tabe olmayıb və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”.

Qeyd edək ki, maskot fəaliyyəti göstərən 33 yaşlı şəxs barəsində tərtib edilmiş protokola əsasən o, Səbail Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnərək sərbəst buraxılıb.



Xəbərin oxunma sayı : 730




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap