“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən getmək istəyir - Sumqayıt Gömrüyündə yoxlamalar...

Tarix 16.08.22, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsində aparılan həbslər bu qurumun tabeliyində olan İdarələrdə ciddi yoxlamaların aparılmasını labüd edib. 

DGK sədri Səfər Mehdiyevin hələ də azadlıqda qalması onun yaxın adamlarının vəziyyətini çətinləşdirib. Uzun illər Mehdiyevin tapşırığını həyata keçirənlər indi çıxılmaz vəziyyətdə qalıblar.

Redaksiyaya daxil olan məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin hazırkı rəisi Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən uzaqlaşmaq niyyətindədir. Bütün tapşırıqları Səfər Mehdiyevdən aldığını dolayısı ilə DGK-nın yeni rəhbərliyinə çatdıran Əhmədzadə bu yolla həbsdən qurtulmağa çalışır.

Qeyd edək ki, gömrükdə ən böyük korrupsiya yuvası Sumqayıt Baş Gömrük İdarəsində fəaliyyət göstərib. Ölkəyə gələn avtomobil ehtiyyat hissələri, ağır yüklər əsasən bu idarədə “rəsmiləşdirilib”. 

Bu arada qeyd edək ki, Sumqayıt gömrüyünün “kral”ı kimi tanınan Yusif Eyvazovun isə həbs olunacağı gözlənilir. 

Xatırladaq ki, Yusif Eyvazov uzun illər Sumqayıt Baş Gömrük İdarəsində çalışıb. Daha sonra yaranmış ciddi problemlər səbəbindən müvəqqəti olaraq Biləsuvar Gömrük Postuna göndərliib. Bir neçə ay bundan əvvəl isə yenidən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin huquq şöbəsinə yüksək vəzifəyə gətirilib. (bizimxeber.az)



Xəbərin oxunma sayı : 1150




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap