“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakının bu ünvanında binalar sökülür - Sakinlərə kirayə haqqı verilir + VİDEO

Tarix 14.08.22, 13:05

Font ölçüsü : - / +
bitmap-img6


Yüzlərlə sakinin yaşadığı 57 il öncə tikilən yaşayış binaları yeni hündürmərtəbəli binalarla əvəzlənir. Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən, istismar müddətini başa vurmuş binaların sökülməsinə başlanılıb.

Sakinlərin sözlərinə görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb.

Tikinti şirkətinin layihə rəhbəri Məmmədrəsul Bilalov "Xəzər Xəbər"ə deyib ki, bir neçə ay əvvəl yaxınlıqdakı 90 mənzilli beşmərtəbəli binalardan biri artıq tamamailə sökülərək, yerində yeni binanın tikintisi işləri aparılır. Digər binalar da mərhələli şəkildə söküləcək.

Məmmədrəsul Bilalov bildirdi ki,həmin binaların yerində 830 mənzildən ibarət 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək ki, tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2-5 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur.







Xəbərin oxunma sayı : 805




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap