Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHI

Tarix 30.11.23, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, qurumun Bakı Regional Bölməsinin müfəttişləri dönər satışı həyata keçirilən qida obyektlərində növbəti plandankənar yoxlamalar keçiriblər.

Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirilib. Monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış növbəti dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar aparılıb.

Yoxlama nəticəsində aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:

- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 149 ünvanında fəaliyyət göstərən “Baku Dönər”;

- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən "Lyuks Dönər”;

- Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küç., 7-ci mkr, ev 16G ünvanında fəaliyyət göstərən "Canım Lahmacun";

- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, X.Vəliyev küç., ev 2 ünvanında fəaliyyət göstərən "Döneritto”.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcəkdir.



Xəbərin oxunma sayı : 886




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap