“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda satılan dərmanlar qonşu ölkələrlə müqayisədə niyə çox bahadır? - VİDEO

Tarix 02.08.24, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


Uzun müddətdir ki, müzakirə olunan dərman qiymətləri ilə bağlı məsələ  hələ də öz həllini tapmayıb.

Apteklərdə satılan bir çox dərmanlar qonşu ölkələrdə - Gürcüstan, İran və Türkiyədə olduqca ucuzdur.

Məsələn, "Yanumet" şəkər dərmanı Azərbaycanda 65-70 manat, Türkiyədə isə 14 manatdır, oynaq ağrılarının müalicəsi üçün istifadə olunan "Prostrolane" iynəsi Azərbaycanda 260-300 manat, Türkiyədə 105 manatdır. "Ozurdex" göz iynəsi Azərbaycanda 1800 manata, Türkiyədə isə 800 manata satılır. Bu siyahını daha da uzatmaq olar.

İqtisadçı Fuad İbrahimov deyir ki, dərmanların qiymətləri arasındakı bu qədər kəskin fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.

Ekspert hesab edir ki, aidiyyəti qurumlar qiymət fərqindən irəli gələn problemləri həll etməlidir. Dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət edilməlidir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirildi ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"a uyğun olaraq aparılır. Türkiyə istehsalı olan dərman vasitələrinin hamısı ölkəmizdə dövlət qeydiyyatına alınmayıb. Həmçinin bu dərman vasitəsitələrinin Türkiyədəki qiymətinin manatla ifadəsində daha aşağı olmasına həmin dərman vasitəsinin yerli istehsal olması və Türkiyə lirəsinin kəskin dəyərsizləşməsi də təsir edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





Xəbərin oxunma sayı : 2548




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap