“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasına nail olmağa çalışır – Hikmət Hacıyev

Tarix 27.09.23, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Naxçıvana Ermənistan ərazisindən keçən quru dəhlizinin açılması üçün heç bir güc tədbiri görməyəcək, bu barədə Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan yalnız Ermənistan ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqəsi (Zəngəzur dəhlizi) qurmaq istəyir, bu, “hər iki ölkə və bütünlükdə region üçün faydalı olacaq”.

“Azərbaycanın suveren Ermənistan ərazisində heç bir hərbi məqsədi və ya vəzifəsi yoxdur, bu … Azərbaycanın gündəliyində deyil”, deyə Hacıyev Reuters agentliyinə bildirib.

Əliyevin köməkçisi əlavə edib ki, Bakı Yerevana nəqliyyat-kommunikasiya xətlərinin müstəsna olaraq dinc yolla çəkilməsi məsələsini həll etməyi təklif edir.

Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ərazisində Zəngəzur dəhlizinin salınması üzrə işlərin, çox güman ki, 2024-cü ilin sonlarına doğru başa çatacağını bildirib.



Xəbərin oxunma sayı : 1066




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap