“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE

Tarix 30.06.25, 19:06

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə Fərid Əsgərov təyin edilib.  O, bu təyinatadək PTX rəisinin müavini idi.

AzFakt.com xəbər verir ki, Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti olub.

O, "Paşa Holding"də işlədiyi vaxtda – 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti seçilib. 

Federasiyanın indiki "ASK Arena"da yerləşən ofisində keçirilmiş səsvermə prosesində sabiq gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin sabiq İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (indiki Azərbaycan Karate Federasiyası) prezidenti Ülvi Quliyev də iştirak edib.

Fərid Əsgərovun əsas məqsədi Tokio Olimpiadasında debüt etməyə çalışan idman karatesinə (WKF) maliyyə ayırmaq olub. O, 2023-cü ilədək bu vəzifədə çalışıb.

Qeyd edək ki, Fərid Əsgərovun qardaşı Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.



Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap