“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Aqşin Fatehin adamları restorana basqın etdilər - VİDEO

Tarix 23.09.22, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda gecə saatlarında “Bakkumusichall” restoranına bir qrup şəxs hücum edib.

Bu haqda “Yeni Sabah”a zərərçəkmiş, restoranın sahibi Vüsal Rəhimov məlumat verib. 

O bildirib ki, 09.09.2022-ci il tarixində gecə saatlarında meyxanaçı Aqşin Fatehin və onun şəriki İlqar Abdullayevin adamları kriminal aləmə məxsus olan şəxslərlə restorana basqın ediblər.

V.Rəhimov bildirib ki, həmin qrup öncə restoranın qarşısında dava salıb, sonra birinci mərtəbəyə enərək mühafizə əməkdaşını, işçiləri döyüblər. 

Hadisə yerinə polis çağırılıb, basqında iştirak edənlər hadisə yerindən qaçmağa nail ola biliblər. 

Vüsal Rəhimov bildirib ki, bir müddət əvvəl - 15.04.2022-ci il tarixində də eyni qaydada restorana basqın edilmişdi. Bu faktla bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində cinayət işinin istintaqı aparılır. 

Restoran sahibi baş vermiş hadisə ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. 

Qeyd edək ki, əvvəllər sözügedən restoranı A.Fatehlə V.Rəhimov şərik olaraq idarə ediblər. Sonradan meyxanaçı ilə müqavilə ləğv olunub.





Xəbərin oxunma sayı : 847




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap