“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Anadolunun yazı ilə ilk tanış olduğu yer - FOTO

Tarix 11.08.24, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


Anadolunun ilk yazılı sənədlərinin tapıldığı Kültepe Kaniş-Karum kurqanında yer altında gizlənən tarix 76 ildir, davam edən qazıntılarla ortaya çıxarılır. Tapılan sənədlər həm Anadolu, həm də dünya tarixinə işıq salır.

AzFakt.com xəbər verir ki, 1948-ci ildə Kayseridə ilk elmi qazıntıların başlaması ilə Anadolunun ilk yazılı sənədlərinin üzə çıxarıldığı Kültepe dünyanın ilk icarət mərkəzi olma xüsusiyyətinə də malikdir.

30 ildir, qazıntı sahəsində çalışan və 2005-ci ildən qazıntıya rəhbərlik edən Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsinin professoru Fikri Kulakoğlu “TRTHaber”ə kanalına bölgənin tarixi və qazıntılardan əldə edilən mühüm məlumatlar haqqında danışıb.

Anadolu xalqı ilk dəfə yazı ilə Kültepedə tanış olur

1948-ci ildə genişmiqyaslı qazıntılara başladığını bildirən Kulakoğlu tapılan mixi lövhələrə görə, buranın Anadoluda yazının ilk istifadə edildiyi yer olduğunu bildirib: “Kültepe dediyimiz yer demək olar ki, Orta Anadolunun ən böyük yaşayış məntəqələrindən biridir. Adı 4 min il əvvəldən məlum olsa da, tarixi çox qədimlərə gedib çıxan bir yerdir. Təxminən 6 min il əvvələ aid yaşayış məskəninin izlərinə rast gəlmişik. Ola bilsin ki, qazıntılar davam etdikdə daha əvvəlki dövrləri araşdırmaq imkanı yaranacaq. Amma Kültepeni tanıdan ən mühüm xüsusiyyət yazının Anadoluda ilk dəfə istifadə olunduğu yer olmasıdır. Anadolu xalqı ilk dəfə yazı ilə Kültepedə tanış olur və ilk dəfə burada oxuyub yazmağı öyrənir”.

ana2

Dünyanın ilk ticarət mərkəzi

Bölgədə müxtəlif coğrafiyalara əsaslanan bir çox dəlilin aşkarlandığını söyləyən Kulakoğlu deyib ki, onların arasında tacirlərin Anadolu xaricindəki mərkəzlərdən gətirdikləri məhsullar var.

“Keramika, zinət əşyaları, qazan-tavalar... Mesopotamiya və Suriya başda olmaqla, bir çox yerdən gələn çoxlu əsər var.

Böyük ticarətin olduğu bir şəhərdə bunları tapmaq normaldır. Bu, yəqin ki, ən zəngin qazıntılardan biridir. Söhbət 45000 il əvvələ aid tapıntılardan gedir.

Kültepe tarixin ən əhəmiyyətli ticarət mərkəzlərindən biri olub”, -deyə o bildirib.





Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap