“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Yanğın füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib“ - HESABAT

Tarix 04.02.25, 23:18

Font ölçüsü : - / +
bitmap-img6


Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasından sonra baş verən yanğın füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəzanın səbəblərinin araşdırılmasına dair dərc etdiyi ilkin hesabatda qeyd olunur.

Bildirilib ki, yer səthi ilə toqquşmadan sonra hava gəmisi bir neçə hissəyə parçalanıb.

“Füzelyajın mərkəzi və ön hissəsi, pilot kabinəsinin aşağı hissəsi və sağ qanad tamamilə yanıb. Pilot kabinəsinin yuxarı hissəsi aşağı hissədən ayrılıb, üzərində yuxarı alətlər paneli, kabinanın iki külək şüşəsi və bir yan pəncərə qalıb”, – hesabatda vurğulanır.

Hesabata görə, füzelyajın arxa hissəsi isə quyruq hissəsi ilə birlikdə təyyarənin digər hissələrindən aralıda yerləşib: "Sol qanad isə füzelyajın mərkəzi hissəsi ilə birlikdə yanğın yerində qalıb və qismən qorunub saxlanılıb".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında vurulub.



Xəbərin oxunma sayı : 1177




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap