“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Xarici səfərlərdə Ərdoğandan Azərbaycanla bağlı xahişlər edirlər” - Türkiyəli nazir

Tarix 25.09.22, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan xarici səfərlərdə Azərbaycanla bağlı edilən xahişlərdən danışıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Vahit Kirişçi Prezident Ərdoğanı bir sıra xarici səfərlərində müşayiət etdiyini vurğulayaraq, bəzi dövlətlərin rəsmilərinin onlardan öz ölkələri ilə bağlı xahişlərindən danışıb: “Bizə deyirlər ki, sizin Putin (Rusiya Prezidenti Vladimir Putin-red) və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar - deyirlər”.

O, Türkiyə hakimiyyətinin 2002-ci ildən müdafiə sənayesinə böyük əhəmiyyət verdiyini vurğulayıb: “Müdafiə sənayesinə verdiyimiz önəm sayəsində bu gün yerli istehsalı yüzdə 80 faizə çatdırmışıq, cəmi 20 faizi qalıb. Hər kəs indi özümüzün döyüş təyyarəmizin nə vaxt uçuş zolağından qalxacağını və ya enəcəyini gözləyir, çünki dünyada İHA və SİHA (silahlı və silahsız pilotsuz uçuş aparatları-red) istehsal edən azsaylı ölkələrdən birinə çevrilmişik”.

Nazir Rəcəb Tayyib Ərdoğanın gənclərə dəyər və önəm verdiyini vurğulayıb. Vahit Kirişçi qeyd edib ki, düzgün siyasət, düzgün mövqe Türkiyəni bu cür güclü vəziyyətə gətirib: "Biz NATO-nun üzvü və iki nömrəli ölkəyik, lakin digər tərəfdən Aİ ilə danışıqlar prosesindəyik. Həm NATO, həm də Aİ Ukrayna tərəfində olduğu halda biz birini digərindən seçə bilmərik, hər ikisi bizim dostumuzdur və qonşu ölkələrdir”.



Xəbərin oxunma sayı : 604




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap