Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Türkiyə Azərbaycanla dövriyyəni 15 milyard dollara çatdırmağa hazırdır“ - Ərdoğan

Tarix 19.02.24, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyə Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün hər cür səy göstərəcək".

“Report” xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik”, – o qeyd edib.

Türkiyə Prezidenti iki ölkə arasında nəqliyyat və enerji sektorlarında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

“Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır”, – dövlət başçısı söyləyib.

Türkiyə lideri Qars-Naxçıvan dəmir yolu layihəsinə də diqqət çəkərək sentyabrda Naxçıvana səfəri zamanı bu məsələni Prezident İlham Əliyevlə müzakirə etdiyini və müvafiq niyyət protokolunu imzalandığını xatırladıb.

“Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm”.

Türkiyə Prezidenti TANAP-ın imkanlarının genişləndirilməsini prioritet adlandırıb.



Xəbərin oxunma sayı : 895




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap