“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Solida” paltar mağazasında kartdan-karta əməliyyatı - Vergidən yayınma

Tarix 24.01.25, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Mağazada müştərilərə aldıqları paltarların pulunu sonu 8343 3066 rəqəmi ilə bitən karta vurulmalarına şərait yaradılır...
 
Azərbaycanda “Elektron ticarət haqqında” qanuna görə iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan obyektlərdə nağdsız ödənişlərin kartdan-karta köçürülməsi qadağan olunub. Qanuna əsasən, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

İqtisadiyyat Nazirliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən edilən xəbərdarlıqlara və aparılan məlumatlandırılma işlərinə baxmayaraq, hələ də bir çox iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar “Nağdsız hesablaşmalar haqqında” qanunu pozamaqla məşğuldurlar.

AzFakt.com xəbər verir ki, “Nağdsız hesablaşmalar haqqında” qanunu pozan iaşə obyektlərindən biri də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən “Solida” qadın paltarları mağazasıdır.

Açıklama yok.

Müştərilərin saytımıza bildirdiyinə görə, “Solida”  mağazasından alver edən müştərilər ödənişlərini kartla ödəmək istədikdə onlara bildirilir ki, post terminalda hansısa problem yaranıb və  vəsaiti kartdan-karta köçürsünlər.
 
Məlumata görə müştərilərə sonu 8343 3066 rəqəmi ilə bitən “Kapital Bank” kart nömrəsi verilir və alınan malın pulu həmin karta köçürülür. 

Açıklama yok.
Bildirək ki, qanuna əsasən, kartdan-karta köçürmələrə görə birinci dəfə cərimə 1000 manat, ikinci dəfə 3000 manat, üçüncü dəfə və daha çox olanda 6000 manat müəyyən edilib. 

Məsələ ilə bağlı “Solida”  mağazasından sorğumuza cavab olaraq bildirildi ki, terminalda problem, nasazlıq olanda bu hal baş verə bilər. 



Xəbərin oxunma sayı : 1081




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap