“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Sürəti 25 m/s yuxarı küləkli günlərin sayı artıb“ - Umayra Tağıyeva

Tarix 05.07.22, 13:48

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda havanın maksimum temperaturun 35 dərəcədən yuxarı olan günlərin sayı artıb. Həmçinin, sürəti 25 m/s yuxarı küləkli günlərin də sayı çoxalıb".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisi bildirib ki, aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib:

"Temperatur artımı dağlarda çox olub. İlin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə tempetaturun yüksəlməsi qeydə alınıb. Temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır. Son 10 ildə əsas dağ çaylarımız formalaşan ərazilərdə yağıntının miqdarı orta hesabla 8.7 faiz azalıb. Ümumilikdə son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb".

O qeyd edib ki, Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir: "Bu da çayları qidalandıran qar ehtiyatlarının azalmasının göstəricisidir. Dənizdəki dalğaların maksimum hündürlüyü də artıb. Daşqınların dinamikasında da artım müşahidə olunur. Suyun temperaturu son 15 ildə 1.2 dərəcə artıb".

U.Tağıyevanın sözlərinə görə, Kür çayının mənsəbində sululuq son 10 ildə 45 faiz azalıb: "Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 10 ildə 27 faiz azalıb. 30 dərəcədən yüksək olan günlərin sayı isə avqustda 6 dəfə, iyulda 2.4 dəfə, iyunda 12 dəfə artıb. Ümumilikdə yay aylarında 6 dəfədən çox artım qeydə alınıb".



Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap