Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Rusiya yazda daha böyük hücuma hazırlaşır“ - Stoltenberq

Tarix 07.12.22, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


NATO Baş katibi Yens Stoltenberq Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün şərtlərin, şəraitin hazırda olmadığını bildirərək Qərb müttəfiqlərini Ukraynaya silah verməyə davam etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Stoltenberq FT-yə müsahibəsində deyib.

Stoltenberq bildirib ki, qışda münaqişənin daha sakit fazaya keçəcəyi ehtimalı olsa da, hər iki tərəf qüvvələrini yenidən toplamaq və yenidən silahlandırmaq istəyəcək və buna görə də NATO ölkələri Ukraynaya dəstək verməyə davam etməlidir.

Rusiya tərəfindən müharibənin sülh yolu ilə sona çatmasını istəməyə dair heç bir əlamətin olmadığını deyən Yens Stoltenberq: "Diplomatik həll üçün indi şərtlər yoxdur”, əlavə edib. “Biz sülh yolu ilə həllini nə qədər çox istəyiriksə, bir o qədər çox Ukraynaya hərbi dəstək verməyimiz vacibdir”.

Alyansın Baş katibi "2023-cü ilin yazında daha böyük hücuma başlamazdan" əvvəl Rusiyanın hazırda münaqişəni dondurmağa çalışdığını vurğulayıb. Hazırda üstünlüyün Ukrayna tərəfində olduğunu bildirən Yens Stoltenberq əlavə edib ki, NATO ölkələri Kiyevə hansı silah sistemlərinin çatdırılmasını diqqətdə saxlayır.



Xəbərin oxunma sayı : 721




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap