“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur” - Türkiyə lideri

Tarix 23.05.22, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunları üzrə çıxışında Yunanıstanın baş naziri barəsində deyib.

“Yunanıstanın hazırda bizə münasibəti necədir? FETÖ-nün Avropa yolu Yunanıstan deyilmi? Terror təşkilatlarını qidalandıranlar onlar deyilmi? Hazırda onların ərazisində ona yaxın hərbi baza var. Bu bazalar niyə burada yaradılır? Hazırda elə bir ölkə var ki, Aİ ölkələrinə 400 milyard avro borcu olsun? Danışdıq, dedik ki, üçüncü ölkələri aramıza salmayaq, amma ABŞ-a səfərində senatda Türkiyə əleyhinə çıxışlar etdi, F-16-ları verməməyi tövsiyə etdi.

Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur. Biz sözünün üstündə duran şərəfli siyasətçilərlə işləyirik. Qoy Mitsotakis özü haqqında düşünsün. Hesab edirəm ki, ABŞ F-16-larla bağlı Mitsotakisin ağzına baxıb qərar verməyəcək” – deyə Türkiyə prezidenti bəyan edib.

O, avropalı siyasətçiləri ikiüzlülükdə günahlandırıb.

“Cənab Andersson, siz mənə nə dediniz? Amma terrorçular əllərini yelləyərək küçələrinizdə dolaşırlar! Almaniyada da eyni. Amma vətəndaşlarımızdan biri bunu edəndə bizə əziyyət verirlər. Bütün bunlara baxmayaraq, bizdən bəziləri sülh, dostluq deyirlər. Belə sülh olmaz. Siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız. Biz işimizi bilirik, lazımi addımları necə atacağımızı bilirik”, - deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan NATO-nun genişlənməsinə Türkiyənin yanaşmasını terrorizmlə mübarizədə prinsipial mövqedən irəli gəldiyini bildirib və terror təşkilatlarının təhlükəsizlik üçün qurulmuş bir platformada olmasını qəbul edə bilməyəcəklərini söyləyib.

Mənbə: “Haber Global”



Xəbərin oxunma sayı : 928




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap