“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Mövcud şəraitdə Türkiyə Parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcək“ - Baxçalı

Tarix 21.01.23, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


İsveç administrasiyasının danimarkalı siyasətçiyə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmağa icazə verməsi, təkcə qalmaqal deyil, vəhşilik və vandalizmin bariz nümayişi və konkret nümunəsidir.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bildirib.

“Quranın yandırılmasına icazə vermək onu yandırmaq qədər iyrənc və primitivdir. Milliyyətçi Hərəkat Partiyası olaraq müqəddəs atributlarımıza əl uzadan, vaxtaşırı hücumlar təşkil edən, türk və İslam düşmənçiliyində sərhəd tanımayan İsveç hökumətini və təxribatçıları lənətləyir. İsveç bu səhvdən dönərək türk və İslam cəmiyyətlərindən üzr istəməlidir. Milli-mənəvi dəyərlərimizə nifrət bəsləyən bir ölkə və ya dövlətlərlə nəinki NATO-nun müttəfiqlik hüququnu bölüşmək, hətta siyasi və diplomatik münasibətlərin qurulması belə absurd və qıcıqlandırıcıdır” - deyə o, vurğulayıb.

Baxçalı deyib ki, bu şəraitdə İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməyəcək.



Xəbərin oxunma sayı : 370




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap