![]() |
|














İki dəfə həbs olundu, qardaşı edam edildi, oğluna ölüm hökmü verdilər – Səttarxan haqqında bilmədiklərimiz...
Tarix 14.06.22, 18:19 |
|

Kulis.az Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı Səttarxan haqqında maraqlı faktları təqdim edir.
Səttarxan 1868-ci ilin oktyabrın 20-də İranın Qaradağ vilayətində azərbaycanlı ailəsində anadan olub. Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi “qaradağlı” deyilməsi sübut edir. Lakin hansı kənddə doğulması ilə bağlı ortaq, yekun bir fikir yoxdur. Atası Hacı Həsən bəy, anası Təhminə xanımdır. Səttarxanın üç qardaşı və dörd bacısı olub. Kiçik yaşlarından ağır işlərlə məşğul olan, təhsil imkanı olmayan Səttar zəhmətkeş və cəsarətli gənc kimi formalaşıb.
Səttarxan Əhər şəhərinin sakini Hacı Həsən Bəzzazın ikinci oğlu idi. Hacı Həsən Bəzzaz parça ticarəti ilə məşğul idi. Səttarxandan başqa dörd qızı və iki oğlu olub.
***
Səttarxan kiçik yaşlarında əkin sahələrində işləyib, çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılır. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olur. Qərara əsasən qardaşını edam edib, Səttarı isə üç aylıq həbs edirlər.
***
1880-ci ildə Səttar yenidən həbs olunur və uzun müddətə məhkum edilərək Ərdəbildəki Narın həbsxanasına salınır. Burada iki ilini keçirir. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə o, gözətçini öldürərək zindandan qaçır. “Alarlı” türk tayfasına qatılır.
1908-ci ildə Məhəmmədəli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da, Səttarxanın əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttarxana Azərbaycanın əyalət əncüməni tərəfindən “Sərdari-milli” ləqəbi verilir.
***
27 sentyabr 1908-ci ildə Səttarxan şəhərə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə xalqa divan tutmağa başlayır. Üstəlik, İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı olur. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutulur. Ölkədə kütləvi həbslər və təqiblər başlanır.
Şura Məclisini topa tutduqdan sonra, Mir Haşimin başçılığı altında şahın 40 minlik silahlı qüvvələri və tərəfdarları Təbriz şəhərini ələ keçirməyə, mücahidlər, fədailər və əncümənlərlə birdəfəlik haqq-hesab çəkmək fikrinə düşdülər. Bir çox məhəllələr müqaviməti dayandırıb ağ bayraqları qaldırırlar. Təbrizin yalnız bir məhəlləsi ağ bayraq qaldırmır – Səttarxanın başçılıq etdiyi Əmirəqız məhəlləsi. Şəhərdə qalan mücahidləri bir yerə yığan Səttarxan inqilabın tarixində dönüş yaradır. Kiçik dəstə ilə hücuma keçərək, Təbrizin mərkəzi hissəsində ağ bayraqları inqilab rəmzi qırmızı bayraqla əvəz edir. Bu addım inqilabçıları ruhlandırır və Təbrizi Məşrutə inqilabının mərkəzinə çevirir.
***
Səttarxanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttarxan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq, düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttarxanı və silahdaşlarını gözdən salmaq üçün onları silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttarxanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirir:
“Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir”.
Hərəkatın başçısını və “Müdafiə Şurası” üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə “kömək” məqsədilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərdən təmizlənməsi və “azuqə” gətirən rus hərbçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı. Bununla Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi başlandı. “Azuqə” gətirmək adı altında silahlı beş minlik rus qoşunu 1909-cu il aprelin 25-də Təbrizə daxil oldu. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttarxan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttarxan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttarxan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttarxan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttarxana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyyətcə erməni olan və əvvəllər Səttarxanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttarxanın qüvvələrini mühasirəyə alaraq tərksilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttarxan ayağından yaralanır. Səttarxanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı güllə yarasından sonra əsir düşən Səttarxana Təbrizə geri dönməyə icazə verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişir. Onu Tehranın yaxınlığındakı Şah-Əbdüləzim məzarlığında dəfn edirlər.
Səttarxanın məzarına uzun müddət laqeyd yanaşılıb. Məzarın ətrafında dəfələrlə qazıntı işləri aparılıb baş daşına ziyan vurulur. Sonradan isə milli fəallar tərəfindən məzar daşı dəyişdirilib və qəbri yenidən təmir olunur. Bütün bu laqeydliklərə görə dəfələrlə İran hökumətindən məzarın Tehrana köçürülməsi tələb olunur, lakin illərdir hökumət bu istəyə müsbət cavab vermir. Hər il 13-14 noyabr tarixində milli fəallar Səttarxanın məzarı üzərinə yığışıb onu yad edirlər. Ancaq hər dəfə ziyarətə gələnlər təqib edilib, həbs olunurlar.
***
Səttarxanın yeganə oğlu Yədulla, dörd yaşında ikən dövlət qoşunlarının yaratdığı qırğın, Təbrizi top-tüfəng atəşinə tutub, sadə xalqı güllələyərək öldürmələrinə şahid olmuşdur. Sonra atasıyla birlikdə Tehrana gedib Atabəy parkının kədərli hadisəsində atasının yaralanmasını görmüş, sonra da Təbrizə göndərilmişdir. Bir il Təbrizdə qaldıqdan sonra Səməd xanın zalımcasına qətliamlarını görüb, əmisi Əzimxanla Təbrizdən Tehrana qaçırılmışdır. Səttarxanın ölümünə qədər iki il yanında qalmışdır. Atası dünyasını dəyişdikdən sonra Təbrizə qayıdıb, iki bacısıyla birgə Hacı Əzimxanın himayəsinə keçmişdir. O, sonralar hərbi təhsil almaq məqsədilə Fransaya gedib, hərbi təhsilini başa vurduqdan sonra İran ordusuna daxil olaraq hərbi prokuror vəzifəsində çalışmışdır. Özündən yüksək rütbəli hərbçilərin tələblərinə rəğmən, Seyid Cəfər Pişəvərinin yaxını bir hərbçiyə ölüm hökmü yerinə ömürlük həbs hökmü çıxartdığı üçün həbs olunmuş, əleyhinə ölüm hökmü çıxarılmışdı. Ancaq minbaşı Haşimi və Siqqətül-İslamın oğlunun vasitəsilə, habelə Məhmud Cəm ilə qohumluq əlaqələrinə görə bağışlanaraq hərbi rütbəsi endirilmişdir. Təbrizdə vəfat etmiş İmamiyyə məzarlığında dəfn olunmuşdur.
1909-cu ildə Təbrizə səfər edən Məhəmməd Əmin Rəsulzadə Səttarxan ilə ilk görüşünü belə təsvir edir:
“Bütün İranı-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum... Sərdarın zahirini təsvir еtmək mənə əbəsdir. Zira bu surəti-bеnami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini еynilə bütün aləmə nəşr еtmiş və hər bir kəsə tanıtdırmışdır... Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xеyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsiddə qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm еdiyor. Bütün hərəkətini, vücudunu, zoru-bazusunu millətə sərf еtmişdir”.
***
Təbrizdə Səttarxan və Bağır xanın mübarizəsinin şərəfinə xüsusi gün təsis olunub və iki medal düzəldilib. Medalların ön üzündə onların şəkili, arxa üzündə isə 23 iyun 1908-ci il tarixi əks olunub.
1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttarxanın qəbri üstündə nitq söyləyir.
1946-cı ildə Azərbaycan Milli Hökumətinin hakimiyyəti dövründə Təbrizdə Rza şahın abidəsinin yerində Səttarxana abidə qoyulmuş, Gülüstan bağının da adı dəyişərək Səttarxan bağı olmuşdur. Milli hökumət süquta uğradıqdan sonra isə abidə dağıdılmış, parkın adı dəyişdirilmişdir.
***
Müasir dövrdə Səttarxana Əhərdə və Təbrizdə heykəllər qoyulub.
Azərbaycanda Lənkəran, Naxçıvan, Şəmkir, Ucar və Bərdədə Səttarxan adına küçələr var.
***
1972-ci ildə İranda “Səttarxan” adlı sənədli film çəkilib. 2018-ci ildə isə İranda “Səttarxan” adlı 10 hissəli bədii serial çəkilib. Filmdə Səttarxanın ömrünün son dörd ili əks olunub. Lakin serialda bəzi faktların təhrifə uğraması və ssenarisi azərbaycanlı fəalların etirazlarına səbəb olub.
Xəbərin oxunma sayı : 874
Maraqlı
Xəbərlər
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
TOP 10
ARXİV