Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şəmkirdə şok cinayət: kişini öldürüb maşını ilə gəlin gətirdilər

Tarix 19.12.23, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


Qısa arayış...

2012-ci il iyulun 18-də Şəmkir rayon Polis Şöbəsinə S.Vurğun küçəsi, ev 149-da yaşayan 1983-cü il təvəllüdlü Yunis Hüseynovun itkin düşməsi ilə əlaqədar ərizə daxil olub. Araşdırmalarla onun qətlə yetirildiyi üzə çıxıb. Növbəti gün cinayətin qeyri-aşkar şəraitdə törədilməsi və sair xüsusatlar nəzərə alınaraq rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Ağır cinayət Çənlibel kəndində, fərdi evin həyətində baş verib.

Polis və prokurorluq əməkdaşlarının kənd sakini 1986-cı il təvəllüdlü Xəyal Verdiyevin iştirakı ilə hadisə yerinə keçirilmiş baxışı zamanı, o cinayət aləti olan baltanı təqdim edərək, Yunis Hüseynovu anası ilə birlikdə öldürdüyünü bildirib. Onun iştirakı ilə mərhumun meyiti, həmçinin hadisə vaxtı özünün əynində olan paltarları ayaqyolunun quyusundan çıxarılıb. 

İyulun 20-də Xəyalın, 21-də isə anası 1963-cü il təvəllüdlü Sevil Verdiyevanın barələrində həbs qətimkan tədbiri seçilib.
 
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Yunis Hüseynovun bədən səthində 9 ədəd yara aşkar edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Xəyal Verdiyev ayrı-ayrı şəxslərə müxtəlif məbləğlərdə pul borclu olduğu halda 2012-ci ilin iyun ayında əvvəllər tanımadığı Şəmkir şəhər sakini Yunis Hüseynova məxsus olan “Mersedes” markalı (99 BZ 457) avtobilin satılması barədə elanı görərək, sahibinə zəng edib maşını almaq istədiyini bildirib. Yunis Hüseynovla mütəmadi mobil telefonla əlaqə saxlayaraq, avtomobili başqa şəxslərə satmamasını xahiş edib. Niyyətini həyata keçirmək üçün iyulun 18-i saat 17 radələrində maşını almaq adı ilə Yunis Hüseynovu əvvəlcə Şəmkir şəhərində yerləşən 2 saylı notariat kontoruna gətirib. Orada anası Sevil Verdiyevanın adına həmin nəqliyyat vasitəsinə dair bütün hüquqların etibar edilməsi ilə bağlı notarial qaydada baş etibarnamə əldə edib. Ana ilə oğul pulu vermək adı ilə Yunisi yaşadıqları Çənlibel kəndindəki evlərinə aparıblar. Hərəkətlərindən şübhələnməməsi üçün Sevil Verdiyeva Yunis Hüseynovun yanında əyləşərək, yalandan avtomaşında hər hansı nasazlığının olub-olmamasını yoxlamaq istədiyini nümayiş etdirib. Xəyal Verdiyev atasına məxsus “VAZ 21011” markalı (10 EN 918) avtomaşını Yunis Hüseynovun idarə etdiyi “Mersedes”in qabağı ilə sürüb. Yaşadıqları evə çatdıqdan Yunis Hüseynov Sevil Verdiyevanın ardınca həyətə daxil olub. Xəyal Verdiyev tövləsinin pəncərəsinin qarşısında götürdüyü baltanın küpü ilə həmin şəxsin baş nahiyyəsinə ilk zərbəni vuraraq, onu yerə yıxıb. Ardınca daha bir zərbə endirib. Sonra ayaqlarından tutub, yerlə sürüyərək onu tövləyə aparıb və orda başına daha 6 zərbə vurub. Anası ilə birlikdə sürüyərək, Yunis Hüseynovu ayaqyolunun yanına aparıblar. Yunis Hüseynovun xırıldadığını görən Xəyal Verdiyev baltanın küpü ilə ona axırıncı zərbəni endirib. Bu hərəkəti ilə, onlar zərərçəkmişi xüsusi amansızlıqla öldürüblər. Törətdikləri cinayəti gizlətmək üçün meyiti ayaqyolunun quyusuna tullayıblar. Xəyal Verdiyev Yunis Hüseynovun üzərində olan “Samsung” markalı mobil telefonu və 7 manat pulu götürüb. Sonra anası ilə birlikdə ələ keçirdikləri “Mersedes”i dayısı oğlu Yunis Əliyevin toy məclisində, gəlin avtomaşını kimi bəzəyərək, istifadə ediblər.

 
İş üzrə dindirilmiş Xəyal Verdiyev bildirb ki, “VAZ-21011” markalı maşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olarkən “Mersedes” markalı avtomobilin pəncərəsinə “Satılır” sözləri yazılmış kağız yapışdırıldığını, həmin kağızda maşın sahibinin mobil nömrəsinin də qeyd edildiyini görüb:

“Səhərisi gün həmin nömrəyə zəng edərək Yunis Hüseynovla tanış oldum. Hüseynov əvvəl maşını 13.000 dollara satdığını bildirsə də, sonra xahişimlə qiyməti 12.000-ə endirdi. “20 Yanvar” küçəsində yerləşən bazarın qarşısında görüşdük. Orada avtomobilə baxıb, həmin şəxsə yaxın vaxtlarda onu alacağımı dedim. Lakin avtomobil almaq üçün ümumiyyətlə pulum yox idi. Hətta ayrı-ayrı şəxslərə təxminən 2000 manat pul borcum vardı. Yunis Hüseynovu öldürüb, maşınını ələ keçirmək qərarına gəldim. Bu barədə iyulun 17-də anam Sevil Verdiyevaya danışdım və ona köməklik etməsini xahiş etdim. Maşını ələ keçirib, banka girov qoymaq və pul götürüb, borcları

Eyni zamanda toya hazırlaşan dayım oğlu Yunis Əliyevə söz vermişdim ki, gəlini, alacağım yeni “Mersedes” markalı maşınla gətirəcəm. Razılaşdıq ki, sürücünün hərəkətlərimdən şübhələnməməsi üçün anam mənimlə birlikdə notariat kontoruna gələcək, orada anamın adına sənədləşdirmə aparılacaq, sonra pul vermək bəhanəsi ilə sürücünü aldadıb, yaşadığımız evə gətirib öldürəcəyik. Anam söz verib ki, cinayəti törətməkdə mənə köməklik edəcək. İyulun 18-i saat 16 radələrində Yunis Hüseynova zəng edib Şəmkir şəhərində, notariat kontorunun qarşısında görüşmək barədə razılaşdıq. Ona şəxsiyyət vəsiqəmin müddətinin keçdiyi üçün maşını anamın adına sənədləşdirəcəyimi dedim. Anama Yunis Hüseynovu pul vermək bəhanəsi ilə aldadıb, yaşadığımız evin həyətinə gətirəcəyimi və onu balta ilə vuracağımı izah etdim. Bu məqsədlə ət doğramaq üçün istifadə etdiyimiz baltanı darvazadan həyətə daxil olduqda, sol tərəfdə yerləşən tövlənin pəncərəsinin qarşısına qoydum. Səhərisi gün toyu olmalı olan dayım oğlu Yunis Əliyevin evində spirtli içki qəbul etsəm də, hərəkətlərimi idarə edə bilirdim”.

Notariat kontorunun qarşısında Yunis Hüseynovla görüşüblər. Söhbət əsnasında anası da avtomobili bir qədər aşağı qiymətə satmasını xahiş etdikdə, Hüseynov 12.000 dollardan aşağı düşməyəcəyini söyləyib:

“Şübhələnməməsi üçün Yunisə pulu sənədləşmədən sonra yaşadığımız evdə verəcəyimizi deyəndə, o, etiraz etmədi. Təxminən 15 dəqiqə ərzində etibarnamə hazır oldu və tələb olunan rüsumu Yunis özü ödədi. Notariat kontorundan çıxanda anam əvvəlcədən razılaşdığımız kimi “Mersedes”ə əyləşdi. Yunisin yanında olan Rabit Əliyevin də həmin maşına oturduğunu görəndə, ona “biz qabaqda topdan satış mağazasına dönəcəyik, orda bizimlə kəndə getməli olan adamlar var, həmin oğlan üçün avtomobildə yer olmayacaq” dedim. Hüseynov mənə inandığından həmin şəxsi şəhərin 1-ci küçəsində maşından düşürtdü və mənim idarə etdiyi “VAZ-21011” markalı avtomobilin arxasınca gəldi. Yaşadığımız kəndə çatıb, evimizin qarşısında maşınlardan düşdük. Razılaşdığımız kimi anam darvazanı açdı, onlardan qabaq həyətə daxil oldum.

Yunisə pulu sayana qədər evimizə keçməyi təklif etdim. Hüseynov anamın arxasınca darvazadan içəri girdi. Onun arxasınca gedərək, darvazanı bağladım və tövlənin qarşısında olan baltanı götürdüm. Çatıb, baltanın küpü ilə arxadan Yunisin başına birinci zərbəni vurdum. Yunis qışqırıb üzü üstə yerə yıxılan kimi ona növbəti zərbəni endirdim. Kənar şəxslərin hadisəni görməməsi üçün dərhal ayaqlarından tutub sürüyərək onu tövlənin içərisinə apardım. Ölmədiyini görüb onun başının müxtəlif yerlərinə balta ilə 5-6 dəfə zərbə vurdum. Yunisin başına zərbələri həyətdə vurarkən anam bunu görürdü və yerə tökülmüş qanı dərhal su ilə yuyub təmizlədi. Meyiti maşına qoyub başqa yerə aparıb gizlətmək istəyirdim. Lakin Yunisin çox ağır çəkili olduğunu görüb onu aparmağa gücüm çatmayacağını gördüm”.

Cəsədin ayaqlarından tutub, təxminən 20 metr sürüyərək, ayaqyoluna tərəf aparıb və anasını  köməyə çağırıb. Şalvarının arxa cibində olan qara rəngli pul kisəsi yerə düşüb. Cibindəki mobil telefonu götürüb, zəng gəlməməsi üçün onu söndürüb:

“Yunisin ölmədiyini və xırıldadığını görüb, baltanın küpü ilə başına daha bir zərbə endirdim. Öldüyünə tam əmin olduqdan sonra anamla birlikdə meyitin ayaqlarından tutub ayaqyolunun quyusuna atdıq. Cəsədin iylənməməsi və görünməməsi üçün üzərinə peyin və torpaq tökdüm. Sonra ayaqyolunun döşəməsinin taxtalarını, əvvəlki qaydada yerinə qoydum. Yunisin cibindən düşmüş pul kisəsini açanda orda 7 manat pul, onun şəxsiyyət vəsiqəsi, xarici pasportu, sürücülük vəsiqəsi və metropolitendən istifadə etmək üçün bir ədəd kart vardı. Pulu götürdüm, sənədləri və kartı isə cib dəsmalıma bükərək, ayaqyoluna atdım. Baltanın üzərində olan qan ləkələrini yuyub tövlənin qarşısındakı talvarın altına qoydum.

Qan ləkələri əynimdə olan şalvarın və köynəyin üzərinə sıçradığından, qanlı paltarlarımı da çıxarıb, ayaqyoluna tulladım. Sonra Sevil Verdiyeva atam Mətləb Verdiyevə zəng edərək, onu evə çağırdı. Atam gələndən sonra anam ona “Mercedes”in sürücüsünü öldürdüklərini və meyitini başqa yerə aparıb, tulladıqlarını danışdı. Daha sonra anamla toy evinə gedərkən, Yunisin telefonunda olan iki ədəd nömrəni çıxarıb telefonla birlikdə sındıraraq, dərəyə tulladım. Toy evində qohumlarıma yeni avtomobil aldığımı dedim. Dayım oğlu Yunis Əliyevə gəlini həmin maşınla gətirməyi təklif etdim. İyulun 19-u gecə saat 2 radələrində toy evində olarkən Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Yunis Hüseynovun itkin düşməsini bildirərək məni, anamı və atamı izahat vermək üçün şöbəyə dəvət etdilər. Əvvəlcədən razılaşdırdığımız kimi izahatımızda Yunis Hüseynovdan baş etibarnamə ilə avtomaşını aldığımızı, Şəmkir şəhərində topdansatış mağazasının yaxınlığında ona 11.300 dollar məbləğində pul verdiyimizi və 700 dollar borclu qaldığımızı, Hüseynovun pulu sayıb, cibinə qoyduğunu və onun sonra hara getdiyini bilmədiyimizi göstərdik. Həmin gün saat 14 radələrində, toydan sonra məni və anamı yenidən şöbəyə çağırdılar. Mərhumun avtomobilində olan Rabit Əliyev ifadəsində, Yunisin bizimlə birlikdə Çənlibel kəndinə getdiyini göstərdiyinə görə, bütün şübhələr bizə yönəldi. Növbəti dəfə dindirilərkən həm özüm, həm də anam Yunis Hüseynovu öldürdüyümüzü və meyitini ayaqyolunun quyusuna atdığımızı etiraf etdik”.

                                       
Zərərçəkmiş şəxsin hüquqi varisi Məlahət Həsənova ifadəsində göstərib ki, yeganə oğlu olan Yunis Hüseynov 2007-ci ildə ailə həyatı qurub və 2 uşaq atası olub:

“2002-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Şəmkirdə yerləşən ticarət mərkəzində paltar satırdı. “Mersedes” markalı avtomobili bir müddət idarə etdikdən sonra, nəqliyyat vasitəsinin ön şüşəsinə satılması barədə elan yapışdırıb. İyulun 18-də oğlum Həzi Aslanov küçəsində yerləşən notariat kontoruna gedərək, maşını satıb geri qayıdacağını dedi. Yarım saatdan sonra Yunislə birlikdə ora yollanan qohumumuz Rabit geri qayıtdı. Oğlumun niyə gəlmədiyini soruşanda, qohumum Yunisin avtomobili alan şəxslərlə birlikdə Çənlibel kəndinə getdiyini bildirdi. Bir müddətdən sonra Yunisə zəng etsək də, heç bir nömrəsinə zəng çatmadı. Oğlumu tapa bilmədiyimiz üçün saat 21 radələrində şöbəyə getdik. Ərizə ilə Yunisin özünə məxsus avtomobili 12.000  dollara Xəyal adlı Çənlibel kənd sakininə satdıqdan sonra, itkin düşməsi barədə müraciət etdik. İyulun 21-də Xəyal və Sevil Verdiyevlərin əlbir olaraq maşını ələ keçirmək məqsədi ilə oğlumu evlərində öldürdüklərini və meyitini ayaqyoluna tulladıqlarını öyrəndik”.


Məhkəmə iclasında Xəyal Verdiyev və Sevil Verdiyev ittiham üzrə özlərini təqsirli biliblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ömürlük cəzası verilməsini xahiş edib. 
 
Məhkəmə nəticəyə gəlib ki, Xəyal və Sevil Verdiyevlərin əməlləri ibtiadi istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.4-cü, 120.2.11-ci (qabaqcadan əlbir olaraq, xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.2 və 181.3.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. Onlara həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. 
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Verdiyev 15, Sevil Verdiyeva 13 il müddətinə azadlıqdan məhrum olunublar. 
 
Gəncə Apellaysiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.



Xəbərin oxunma sayı : 577




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap