Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İcra başçısının sabiq müavini həbs edildi - Nədə ittiham olunur?

Tarix 06.06.23, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 221 və 315-ci (xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət) maddələri ilə iş başlanılıb. Məhkəmənin qərarı ilə Hirkan qəsəbə sakini olan X.Rəhimov barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, X.Rəhimov 2 gün əvvəl idarə etdiyi “Mercedes” markalı avtomobilin sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Gərmətük qəsəbəsi ərazisində yol polisi tərəfindən saxlanılıb. Bu zaman o, polisə müqavimət göstərib və zorakılıq edib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Saxlanılandan sonra tibbi müayinədən keçirilib və onun sərxoş olması müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı açılmış cinayət işinin materialları aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı cenublu.az saytı yayıb.



Xəbərin oxunma sayı : 688




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap