“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycanda dövlət maliyyələşdirməsi dayanıqlılığını qoruyur“ - ING

Tarix 28.03.25, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda dövlət maliyyələşdirməsi dayanıqlı olaraq qalır, çünki neftin orta qiyməti 1 barel üçün 64 ABŞ dolları təşkil edir, bu da son on ilin tarixi diapazonuna uyğundur.

“Report” xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan ING Groupun hesabatında qeyd edilib.

Hesabata görə, “Brent” markalı neftin Azərbaycan üçün fiskal itkisizliklə bağlı qiyməti bu il 66 ABŞ dolları, 2026-cı ildə isə 68 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanın konsolidə edilmiş büdcə profisiti 2024-cü ildə ÜDM-in 4 %-nə bərabər olub, 2025-ci ildə 1,7 %-ə, 2026-cı ildə isə 0,4 %-ə enəcəyi proqnozlaşdırılır.

ING-nin ekspertləri bildirirlər ki, “Brent” markalı neftin qiymətindəki hər 1 ABŞ dolları/barel dəyişiklik, illik yanacaq gəlirlərinə təsir etsə də, 183 milyon ABŞ dolları diapazonunda qalır.

“Bu, Azərbaycan hökumətinin neft hasilatının azalmasına baxmayaraq, fiskal dayanıqlığını qoruduğunu göstərir. Hökumət sosial sahədə dəstək, hərbi xərclər və investisiyalar üçün artan tələbatı qarşılayacaq kifayət qədər maliyyə imkanına malikdir. Bununla belə, bu tendensiya 2026-cı ilə qədər konsolidə edilmiş büdcə profisitinin sıfıra doğru azalmasına gətirib çıxara bilər. Lakin bu, ümumi iqtisadi artımı, xüsusilə də qeyri-neft sektorlarında inkişafı dəstəkləməlidir”, - deyə hesabatda vurğulanır.



Xəbərin oxunma sayı : 1195




İqtisadiyyat

Xəbərlər

ARXİV
İyun, 2025
B.e
Ç.a
Ç.
C.a
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap