Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

“Atamgili Kəlbəcərə aparmaq istəyirdim” - icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI

Tarix 17.01.25, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


Kəlbəcər Rayon İcra Hakimiyyətində baş verən insidentin təfərrüatı məlum olub. Anasını və atasını Kəlbəcərə aparmaq üçün icazə istəyən şəxs icra başçısının qəbuluna gələn zaman dava-dalaş salıb.

Musavat.com xəbər verir ki, mübahisəyə səbəb olan şəxs polis əməkdaşının sifət nahiyəsinə kəllə ilə zərbə endirib.

Əldə etdiyimiz məlumata görə İlqar Salmanov icra hakimiyyətinə gələrək başçı ilə görüşmək istəyib. O, başçıdan anasını və atasını Kəlbəcərə aparmaq üçün icazə istəyəcəkmiş. Ona izah olunub ki, bu, icra hakimiyyətinin səlahiyyətində deyil. İ.Salmanov başçı ilə görüşə girən zaman mobil telefonunu polisə verməkdən imtina edib. Buna görə də onu görüşə buraxmayıblar. Mübahisə zamanı İ.Salamanov polis əməkdaşına kəllə ilə zərbə endirib.

İ.Salmanov dindirilən zaman əməlindən peşman olduğunu söyləyib. Deyib ki, əslən Kəlbəcərdən olduqları üçün anası və atasını doğma yurdlarına aparmaq istəyib.

“Atamın və anamın xəstəliyi ağır idi. Onların ömürlərinin son günlərində Kəlbəcəri görməsini istəyirdim. Qəbula gedəndə telefonu istədilər. Mən də verməyəcəyimi dedim. Buna görə mübahisə elədik. Mənə qarşı da kobud davrandılar. Amma mən özüm polis əməkdaşına xəsarət yetirdiyim üçün peşmanam. Polis əməkdaşı ilə barışmışıq”,-deyə İ.Salamanov ifadəsində əlavə edib.

44 günlük Vətən müharibəsi iştirakçısı olan İ.Salmanov üçüncü dərəcəli müharibə əlilidir.

Ona qarşı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İstintaq dövründə həbsdə qaldığı günlər nəzərə alınaraq üzərində bir il azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 1099




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap