“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Amerika sanksiyaların ləğvini qəbul edib“ - İran Parlamenti

Tarix 16.08.22, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


Amerika tərəfi sanksiyaların ləğvini yoxlamaq və zəmanət vermək kimi iki əsas məsələni qəbul edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəzl Amoli İslam Respublikasının nüvə danışıqlarında baş müzakirəçisi Əli Baqiri ilə bu komissiyanın görüşündə bildirib.

O bildirib ki, Ə. Baqirinin təqdim etdiyi hesabata görə, danışıqlar zamanı iqtisadi səmərə və ölkəmizin xarici ticarətinə maneələrin aradan qaldırılması, o cümlədən neft satışına və onun resurslarına bankların çıxışına qanunsuz qadağaların aradan qaldırılması ciddi şəkildə diqqətdə saxlanılacaq.

O əlavə edib ki, həmçinin, danışıqlar zamanı dinc nüvə proqramının davam etdirilməsi İslam Respublikasının prinsiplərindən biri kimi qorunub saxlanılıb.

İranın Milli Təhlükəsizlik Komissiyasının sözçüsünün sözlərinə görə, Ə.Baqiri nüvə müzakirələrində qarşı tərəfin İslam Respublikasının məntiqinə əsaslanaraq, sanksiyaların ləğvinin yoxlanılması və zəmanətlərin verilməsi kimi iki məsələnin prinsipini qəbul etdiyini vurğulayıb və ölkəmizin nüvə imkanlarının əsası qorunub saxlanılacağını qeyd edib.



Xəbərin oxunma sayı : 832




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap