“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ağ Ev Apartaments”in villalarını sökürlər- Həbs dalğası - FOTOLAR

Tarix 05.12.24, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Xəzər rayonunda gerçəkləşən korrupsiya həbslərinin təfərrüatları məlum olub.

Musavat.com-a daxil olan məlumata görə Xəzər rayon İcra Hakimiyyətinə tabe olan Təsərrüfat Şöbəsinin (MKTŞ) mühəndisi Sahib Əliyevin ardından şöbənin müdiri Rəsul Rəsulov da saxlanılıb.

Hər iki vəzifəli şəxs Heydər Əliyev Beynəlxalq Aeroportunun həndəvərində olan, zamanında Prezident Aparatının Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun əkin təyinatlı sahələrini ayrı-ayrı vətəndaşlara, “Ağ Ev Apartaments” layihəsini gerçəkləşdirən iş adamlarına satılmasına yol açan vəzifə saxtakarlığı ediblər.

Vətəndaşlara və iş adamlarına təqdim edilən saxta sənədlər əsasında dövlət qurumlarına müraciətlər olunub və torpaqlara aid müvafiq sənədlər – çıxarışlar alınıb.

Bu gün isə ərazidə tikililər qanunsuz elan edilib və sökülməkdədir. Təxminən 160 fərdi yaşayış evi və “Ağ Ev Apartaments”in inşa etdiyi çoxsaylı villalar buldozerin qarşısına verilərək sökülür.

Vətəndaşlar əllərində dövlət qurumları tərəfindən verilən çıxarış ola-ola əmlaklarının sökülməsini seyr edir. Bəziləri məhkəmələrə üz tutaraq söküntünün qanunsuz hesab edilməsi, onlara kompensasiya ödənilməsi tələbini irəli sürüblər.

İddia olunur ki, Təsərrüfat Birliyinin mühəndisi Sahib Əliyev Binə qəsəbəsində vətəndaşlardan külli miqdarda pul alaraq tikintilərə icazə verməsi ilə ad çıxarıb. Gün ərzində Sahib Əliyevin Xəzər rayonu ərazisində vətəndaşların apardıqları tikintilərdən 45-50 min manata yaxın pul yığdığı haqda da məlumat var.

Qeyd olunur ki, Sahib Əliyev geniş imkanları ilə də tanınır. Onun mal varlığının siyahısı da genişdir:

-Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 87 ünvanında mənzili;

Şamaxı rayonu, Muğanlı kəndi ərazisində 37 hektar torpaq sahəsi;

Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 5 hektarı əhatə edən 55 saylı bağ sahəsi;

Mərdəkan qəsəbəsi, 28 May küçəsində 1 hektar;

Buzovna qəsəbəsində  50 sot;

Zirə qəsəbəsində 1 hektar torpaq sahəsi.

Bundan başqa Sahib Əliyev bahalı maşınlar həvəskarı kimi də tanınır. Onun 6 ədəd “CİP”i var. Saxlanılana qədər əsasən “Tayota Land Cruiser Prado” markalı, Az 10 ZR 064 nömrə nişanlı və “Explore Defender” avtomobillərindən istifadə edib. 

Hazırda faktla bağlı araşdırma aparılır.  Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən münasibət öyrənməyə çalışdıq. Xidmətdən israrlı zənglərimizə cavab verilmədi.






Xəbərin oxunma sayı : 712




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap