“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İçkili halda avtoqəza törədən “YAP”ın xanım namizədi... - Sahil Babayev onu necə direktor etdi?

Tarix 18.07.24, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.Siyahıda bir sıra yeni ismlər də var.

48 saylı Abşeron birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədova Nigar Fikrət qızıdır.

Hal-hazırda “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə çalışan Nigar Məmmədova haqqında ilginc məlumatlar əldə olunub.

Onun keçmiş Ədliyyə naziri hal hazırda Konstitusiya məhkəməsinin hakimi Fikrət Məmmmədovun qızı olması ilə bağlı mətbuatda məlumatlar dərc olunmaqdadır. Lakin araşdırmamız zamanı məlum olmuşdur ki, o heç də Fikrət Məmmədovun qızı deyilmiş.Cəmiyyətdə özünə rəğbət qazanması taktikası seçmiş Nigar Məmmədova bu hiyləsi baş tutmamış və qısa müddət ərzində Fikrət Məmmədovun qızı olmaması məlum olmuşdur.

Xalq.az-ın məlumatına görə o bu barədə yaxın çevrəsinə tapşrıq vermişdir ki, soyad və ata adı eyni olmasını cəmiyyətdə fürsət kimi dəyərləndirsinlər.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra dərhal Nigar Məmmədovanı Protokol sektorunun müdiri təyin edib. Nazirin ən yaxın adamı hesab olunur.

Həmçinin araşdırmalarımız zamanı məlum olmuşdur ki, 2019-cu ildə Nigar Məmmədova avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtoqəza törətmişdir.

Hadisə zamanı xəsarət alan olmasada Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayevin müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsi nail olunmuşdur.

Qeyd edək ki, Nigar Məmmədova vəzifə sahibi olmaq üçün dünyanın ən bahalı London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası”, və Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirərək sertifatlar əldə etmişdir.



Xəbərin oxunma sayı : 958




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap