![]() |
|














İcra başçısı deputatlığa necə namizəd oldu? – Asif Əsgərovun haqqında bitməyən QALMAQALLAR
Tarix 14.08.24, 12:24 |
|

Milli Məclisə seçkilərin keçirilməsi yaxınlışdıqca, deputat mandatlığının şirinliyin dadmaq istəyən şəxslərin sayı da getdikcə çoxalır.
Sözsüz ki, belə şəxslər, adətən, qazanacaqları təqdirdə, 5 illik parlamentarilik dönəmində seçildiyi dairədə yaşayan insanların yox, əksinə, öz mal-dövlətinin arıtrılmasının qeydinə qalmağı özləri üçün prioritet hesab edirlər.
Yenicag.az-ın parlament seçkiləri ilə bağlı başlatdığı qalmaqallı şəxslərlə bağlı bugünkü rubrikasının "qonağı” da isə 112 saylı Zaqatala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyi irəli sürülən, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur.
15 fevral 2006-25 iyun 2009-ci illərdə Zaqatala rayonuna, 25 iyun 2009–2 sentyabr 2015-ci illərdə isə paytaxtın Səbail rayonuna rəhbərlik etmiş A. Əsgərovun fəaliyyətinə nəzər saldıqda onunla bağlı heç də yaxşı nüanslarla rastlaşmadıq.
18 ildir icra başçısı kreslosunu buraxmaq istəyən Asif Əsgərov, yəqin ki, ona hakim partiyada etimadın azalmasını görərək, bu dəfə də bəxtini Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə namizəd olmaqda sınamaq niyyətinə düşüb.
Qeyd olunur ki, əgər A. Əsgərov parlamentə yol tapa bilsə, Nəsimi rayonuna 6-cı çağırış Milli Məclisin deputatı olan məşhur isimlərdən birinin başçı təyin ediləcəyi gözlənilir.
Maraqlısı budur ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun icra başçısı Asif Əsgərov adı da digər icra başçısı həmkarları kimi vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə gəlib.
Qısa araşdırmadan məlum olur ki, cənab Əsgərov 2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmiş və Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda "məlumatsız olduğunu” bildirmişdi.
Bundan öncə isə stajlı icra başçısı oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Onun oğlu ilə bağlı saytların birində gedən yazını oxucularımıza təqdim edirik:
"2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi "Mercedes” markalı avtomobil Ə. Qəhrəmanovun idarə etdiyi "Howo” markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində "Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev isə dünyasını dəyişmişdi. S. Mirzəyev "McDonald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.
İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli "səhhəti ilə bağlı” azadlığa çıxmışdı.
İ. Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı”, – deyə məlumatda qeyd olunub.
Hətta iddialardan biri də budur ki, cənab Əsgərov oğlunu həbsdən qurtarmaq üçün altına yığdığı 1 milyon AZN-i onun yolunda qurban edib.
Lakin buna baxmayaraq, Asif Əsgərov təkcə oğlunun törətdiyi avtoqəza ilə gündəmə gəlməyib. İcra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını "yaşıl soyqrım”da ittiham ediblər.
Onun bu "məharəti” ilə bağlı isə yazılanları olduğu kimi təqdim edirik:
"İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satırdı. Dəfələrlə sakinlər bu ağac qırğınına etiraz etsələr də icra başçısı etirazlara məhəl qoymurdu.
Ümumiyyətlə, icra başçısı Asif Əsgərovun ən biabırçı, rəzalət dolu fəaliyyəti professorla olan yüz minlik rüşvət qalmaqalıdır. Bəli, söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevlə icra başçısı Asif Əsgərov arasındakı 300 min rüşvətdən gedir. Məlumat üçün qeyd edək ki, bütün sənədləri qaydada olan Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını icra başçısı sökdürmüşdü. Daha doğrusu, Asif Əsgərov 20 nəfər cüdoçu-qoçunu əraziyə göndərmişdi. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan etdi ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir. Bu hadisə başqa bir ölkədə olsaydı, icra başçısını dərhal həbs edərdilər.
Onu da qeyd edək ki, söhbət 1 sot torpaqdan gedir. İndi hesablayın görün Asif Əsgərov Nəsimi rayonu ərazisində minlərlə sot torpaq satıb nə qədər qazanıb…
Bunlar Asif Əsgərovun əməllərindən bircə "damcı”dır. Asif Əsgərovun əməlləri barədə deputat Adil Əliyev də bir müddət əvvəl açıqlama vermişdi. Açıq şəkildə demişdi ki, rayon ərazisində obyektə qapı açmaq üçün icra başçısı 10 minlərlə rüşvət istəyir.
Gələk, məsələnin əsas tərəfinə. 18 illik icra başçılığı fəaliyyəti dövründə yaşadığı əraziyə bir qara qəpik də verməyən cənab Əsgərovun deputat olmaq ehtirası nədən qaynaqlanır? YAP-ın sıralarından Zaqataladan deputat seçilmək istəyən A.Əsgərov 3 il rəhbərlik etdiyi Zaqatalanın niyə yenidən günün qaraltmaq istəyir? Axı bu xalq Asif müəllim kimi icra başçılarının fəaliyyətindən nə görüb ki, indi də gedib ona səs versinlər? Suallarımız çoxdur.
Yəqin ki, Asif müəllim bu suallara normal cavab tapa bilər…
Xəbərin oxunma sayı : 739
Sosial
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV