Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!...” – Sabiq nazir 30 il əvvəl AMİP-in qurultayında olanlardan yazır...

Tarix 05.07.22, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın qeydiyyatdan keçmiş ilk siyasi təşkilatı olan Milli İstiqlal Partiyası (AMİP) iyulun 4-də yaranmasının 30 illiyini qeyd edib. AMİP-in qurucularından biri, sabiq xarici işlər naziri Vilayət Quliyev partiyanın təsis qurultayı ilə bağlı maraqlı xatirəsini paylaşıb.

AzFakt.com xəbər verir ki, sabiq nazir bu əlamətdar hadisə ilə bağlı “Feysbuk”da paylaşım edib. V.Quliyev yazır:

“Fb-dən AMİP-in təsis qurultayının 30 illiyi haqda oxudum. O zaman Təşkilat komitəsinin üzvü kimi qurultayın hazırlanmasında bəndənizin də müəyyən iştirakı olmuşdu. Amma məqsəd aradan onilliklər keçəndən sonra hansısa xidmətlərdən danışmaq deyil. Sadəcə, maraqlı bir məqam yadıma düşdü.

Deməli, qələbəlik qurultay o zaman M.F.Axundovun adını daşıyan Opera və Balet Teatrının binasında keçirilirdi. Hakimiyyət adından AMİP forumuna dövlət katibi Pənah Hüseynov gəlmişdi. Prezident Əbülfəz Elçibəyin təbrikini oxudu, ölkənin ilk siyasi partiyasını şəxsən təbrik etdi.

Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi P.Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah, bəlkə də, ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.

Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən dayandı, üzünü AMİP liderinə tutub:

- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. – Sən öl, o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.

Etibar da hazırcavablıq nümunəsi göstərdi:

- Qorxma, dedi. – Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!

Türklər demiş, qalanı xatirədir...”



Xəbərin oxunma sayı : 2104




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap