“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

7-8 saat əvvəl spirtli içki qəbul edən sürücü sərxoş hesab edilirmi? - VİDEO

Tarix 26.05.23, 23:01

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoşluq testi yoxlamaları aparır.

Xezexeber.az-ın məlumatına görə, sürücülər bildiriblər ki, patrul əməkdaşları axşamdan spirtli içki içən sürücüləri müəyyən etmək üçün erkən saatlarda yolda post yaradıb, istənilən avtomobili saxladaraq sürücünü alkotesterlə yoxlayırlar.

“Bəzi hallarda sürücülər yoxlamadan imtina edirlər. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərxoş hesab edilir və ona inzibati qaydada cərimə tətbiq olunur”.

Mövcud qanunvericiliyə uyğun olaraq, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4 bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

“Axşam spirtli içki qəbul edib, sonra da 7-8 saatlıq aradan sonra səhər saatlarında həmin şəxsin qanında alkoqolun konsentrasiyasının 0,3 promill olması onun yolda digər hərəkət iştrakçıları üçün təhlükə törətməsi nə qədər realdır?”
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sürücü saxlanıb, sərxoşluğu yoxlanan zaman əgər o bundan imtinqa edirsə qanuna uyğun formada sərxoş hesab edilir. İstəsə yol patrul əməkdaşları yerində də yoxlaya bilər, əgər sürücü bundan da imtina etsə, sərxoşluğun ekspertizası mərkəzində də bu, mümkündür.

Xatırladaq ki, sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda  cərimə oluna bilər.

Daha ətraflı süjetdə:






Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap